ArxivXəbər lentiXəbərlər
Ərdoğan İrana gedir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 7-də Tehrana səfər edəcək.
Oxu.Az-ın “Hurriyet Daily News” nəşrinə istinadən məlumatına görə, səfər çərçivəsində Suriya üzrə ən yüksək səviyyədə Rusiya-İran-Türkiyə üçtərəfli görüşü keçiriləcək.
Prezidentlərin növbəti görüşü Suriyada hökumət qoşunlarının İdlibə yeridilməsi fonunda baş tutacaq.
Bu region bütövlüklə terrorçuların nəzarəti altındadır.