ArxivIslamXəbər lentiXəbərlər

Allah yıxılmış qəlbin aşiqidir – Əxlaq dərsi

AİP lideri Mövsüm Səmədovun həbs edilməmişdən öncə keçdiyi əxlaq dərslərinin II hissəsini oxucularımıza təqdim etmişdik
Xatırladaq ki, hazırda 12 illik həbs cəzasına məhkum edilən AİP lideri Mövsüm Səmədov ictimai-siyasi xadim olmaqla yanaşı, eyni zamanda ruhani alim və böyük əxlaq ustadıdır. O, həbs olunduğu müddətə qədər tələbələri ilə birgə mütəmadi şəkildə əxlaq dərsləri təşkil edərdi. Doktor Səmədov həmin dərslərdə ali ilahi maarifin həqiqətlərini insanlara çox gözəl formada izah edərdi. Dərslər hətta o qədər ilahi nur və feyzlə əhatə olunurdu ki, dərs iştirakçıları dərsin saatlarla davam etməsini istəyirdi.

I dərs: AİP lideri Mövsüm Səmədovun əxlaq dərslərindən xüsusi qeydlər

II dərs: Bəndənin Allahla düşmənçiliyi Mövsüm Səmədovun bəyanında

İslaminSesi sözügedən dərslərin üçüncü hissəsini oxucularına təqdim edir.

Allah övliyaları insanların naqisliklərini birbaşa özlərinə demirlər. İnsan qarşısına çıxan və başına gələn hadisələr və onlara verdiyi reaksiya əsasında özünü tanıyır. Təbii ki, bəndə də öz növbəsində məhz hadisələrlə üzləşdikdə gərək ki, özünü tanımaq istəsin. Əks halda insan öz naqisliklərini görə bilməyəcək.

Məsumlar öz münacatlarında Allaha “İlahi mənim ki, sənə qarşı hüsni-zənnim var, mənim bu zənnimi qət etmə. (RED: əlimdən alma)” – deyə razu –niyaz edirlər.
İnsanın Allaha tərəf hərəkətdə halətləri müxtəlif olur. Eyni zamanda müxtəlif hadisələrlə üzləşməklə də naqislikləri ortalığa çıxır. Bəndə nə qədər Allaha yaxınlaşarsa, bir o qədər özünü napak bilir. Allahdan uzaqlaşdıqca isə özünü pak bilməyə başlayır.

Allaha tərəf gedən yolun iki mühüm şərti vardır.

• Davamiyyət

• Məyus olmamaq

Allah Qurani-Kərimdə buyurur: “Ey o kəslər ki, nəfsinizə zülm etmisiniz, heç vaxt Allahdan və onun rəhmətindən naümid olmayın.”

Allaha tərəf gedən yolun xüsusiyyət budur ki, bu yolda çoxlu problemlər olur. Məhz bu problemlərin hamısı da insanın kamala yetişməsi üçündür.

Allah yıxılmış qəlbin aşiqidir. Xilqətin həqiqəti budur ki, insan gərək Allaha mərifət tapsın və tanısın.

Allahın rəhmətindən yalnız kafirlər naümid olarlar. İnsanın Allaha qarşı məyusluğu onun zələlətini artırır. Əgər bəndə dünyada olarkən Allaha qarşı qədəm götürdükdən sonra dünyasını dəyişərsə, ümid var ki, bu dünyada yetişə bilmədiyi məqamlara bərzəxdə çatdırsınlar. Çünki dünyada Allaha tərəf getmək qəsdi olub.
Şeytan isə öz növbəsində müxləs bəndələri yoldan çıxarmaq üçün ilk öncə onların yetişdikləri məqamdan və mərtəbədən aşağı endirir və ondan sonra azdırır. İnsanın ilahi nuru nə qədər çox olarsa şeytan bir o qədər ondan uzaq olur. İlahi nurumuzu artırmaq üçün isə ibadət və itaətlərimizi arıtrmalıyıq.

Şeytan üçün çox böyük işdir ki, bəndənin gecə namazından və zikrlərdən saxlasın. Əgər buna müvəffəq ola bilibsə, demək çox böyük iş görüb.

Əgər insan Allaha tərəf gedən yolda özünü bir həddə çatdırarsa, ondan sonra bəndənin özünü tərbiyə edərlər.

Təvəlla və təbərra əqidə, əməl və əxlaqda kamil olarsa, həmin bəndə müxlis bəndə adlanır.

İnsanın Təvəlla və Təbərrası isə bağlıdır onun Əhli-beytə(ə) olan məhəbbətinə və rabitəsinə. İnsan Əhli-Beyti nə qədər yad edirsə, bir o qədər də ilahi dərgahda onu yad edirlər. İnsanın əlinə çatan bütün ilahi nemətlərin hamısı Əhli-Beytdəndir(ə).

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button