Allaha doğru bir addım

وَالَّذِينَ يَصِلُونَ مَا أَمَرَ اللَّهُ بِهِ أَن يُوصَلَ وَيَخْشَوْنَ رَبَّهُمْ وَيَخَافُونَ سُوءَ الْحِسَابِ
O kəslər ki, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri birləşdirir (qohumluq əlaqələrini qoruyub saxlayır, mö’minlərə hörmət edir), Rəbbindən və (qiyamət günü çəkiləcək) pis haqq-hesabdan qorxurlar.((Rəd” surəsi, ayə 21))
Qafqaz mədəniyyət mərkəzi-İki il idi ki, əlaqəmi kəsmişdim. Hətta, zəng də eləmirdim. Novruz bayramı idi. İl təhvil olduqdan sonra televizorda imam Hüseynin (ə) bu hədisini göstərdilər:
“Allahın yanında iki addım daha sevimlidir: Allah yolunda cihad etmək üçün atılan addım və əlaqəni kəsmiş qohuma tərəf atılan addım.”[1]
Oğlum dedi: – Ata, birinci hara gedəcəyik?
Dedim: – Birinci Rəsul əmingilə!
Uşaqlar təəccüblə soruşdular: – Hara?!
– Rəsul əmingili deyirəm də. Hazırlaşın gedək.
Uşaqlar çox sevindilər.
[1] . “Biharul-ənvar”, c. 74, səh. 87.