ArxivFatimi yaşayişIslamXəbər lentiXəbərlər
Allahın razılığına razı!

فَاصْبِرْ صَبْرًا جَمِيلًا
(Ya Peyğəmbər! Kafirlərin əziyyətlərinə) mətanətlə (heç bir təlaş, narahatlıq keçirmədən) səbr et!(məaric surəsi, ayə 5)
Qafqaz mədəniyyət mərkəzi – Şəhəri bəzəmişdilər. Camaat əl çalır, şadlıq edirdi. Yezid birdən çubuğunu qaldırıb yerə bərk vuraraq dedi:
– Ey, Əlinin qızı! Allahın səninlə necə rəftar etdiyini, qardaşının başına nələr gətirdiyini gördünmü?
Zeynəb (ə) yerindən qalxdı və çox arxayınlıqla dedi: “Kərbəlada gözəllikdən başqa bir şey görmədim.”[1]
Kitabın bu hissəsinə çatanda öz-özümə dedim: – Allahu Əkbər! İnsan hara qədər yüksəlib, Allahda fəna ola bilərmiş və Kərbəla hadisəsi kimi bir hadisəni gözəl görərmiş?!
[1] . “Biharul-ənvar”, c. 45, səh. 116.