
Laçına aid görüntülərdə ermənilərdən şok sözlər: Elçibəy bizim dostumuzdur
Bir neçə gün əvvəl erməni tərəfi Laçının işğal edilməsi ilə əlaqədar daha bir video yayımlayıb. Həmin görüntülərdə düşmənin Laçına daxil olması, evlərin yandırılması, onlara müqavimətin göstərilmədiyi əks olunur. Bundan başqa, erməni tərəfi videokadrların altındakı tirləri ruscaya tərcümə etməklə öz aralarındakı danışıqları nümayiş etdiriblər. Laçının yandığını bir-birlərinə göstərən ermənilər sonra da təsəlli edirlər ki, «Sabah buraları bərpa edəcəyik». Xeyli sayda hərbi sursatın ələ keçirildiyi səhnədə isə Azərbaycanın keçmiş prezidenti Elçibəydən danışılır. Ermənilər deyir: «Sizə demişdim axı, Elçibəy bizim dostumuzdur. Görürsən, nə qədər silah-sursat saxlayıb bizə». Kadrlarda Azərbaycan bayrağının da təhqir olunduğu səhnələr də mövcuddur. /jam.az/