Putin şok fakt açıqladı

qafqaz.ir -in “İnterfaks”a istinadən məlumatına görə, Vladimir Putin, “əvvəlcə bu mənim borcumdur, amma buna baxmayaraq şərəfli bir missiyadır: dərin səmimi başsağlığımı bildirirəm”, – deyərək mərhumun ailələrinə müraciət edib və onlara “Cəsarət ordeni” təqdim edib.
Putin faciənin ən son raket mühərrik sisteminin sınağı zamanı baş verdiyini də söyləyib.
“Bu cür unikal texnologiyalara sahib olmaq həqiqətən bu gün planetdə sülhün ən vacib etibarlı qarantıdır”, – deyə Putin əlavə edib.
Prezident “Rosatom”un mərhum mütəxəssislərinin uzun illər ölkənin təhlükəsizliyini təmin etməli olan çox çətin bir sahə ilə məşğul olduqlarını söyləyib: “Söhbət ən qabaqcıl və misilsiz texniki fikirlər və onların həll yollarından gedir. Hansı ki, Rusiyanın on illərlə davam edəcək suverenliyini, təhlükəsizliyini təmin etmək üçün hazırlanan silahlardan danışırıq”.
Xatırladaq ki, cari il avqustun 8-də Severodvinskdən 30 kilometr aralıda Rusiya Müdafiə Nazirliyinin təlim poliqonunda yanğınla partlayış baş verib. Fövqəladə hadisə nəticəsində “Rosatom”un beş əməkdaşı həlak olub, Sarovdakı nüvə mərkəzinin üç əməkdaşı yaralanıb.