AktualAktualArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Müstəqil Tələbələr Birliyi Azərbaycan R-sı rəsmilə rinin açıqlamaların ı pisləyib

 

İranın Müstəqil İslami Təşkilatları Birliyi bəyanat yayaraq Azərbaycan Respublikası prezidenti və bəzi deputatlarının düşünülməmiş açıqlamalarını pisləyib, ölkənin Xarici İşlər Nazirliyi və doplomatik aparatlarından buna qarşı ciddi və tutarlı addımlar atmasını, Azərbaycan Respublikası başçılarından düzgün bir izah alana qədər geri çəkilməmələrini istəyib.

Qafqaz Həqiqətləri xəbər verir ki, bəyanatın mətni aşağıdakı kimidir:

İkinci Qarabağ müharibəsinin başlamasının ildönümü ilə eyni vaxt d a beynəlxalq sionizmin və regional irticaçının yeni fitnələrini göstərən hadisələr bu dəfə Azərbaycan bölgəsində n baş qaldırdı .

Qüdsü işğal e tmiş rejimin İranın sərhədlərinin o tayında hərəkətləri və Azərbaycan Respublikası hökumətinin sionistlərdən asılılığı İran rəsmilərinin gözündən uzaq qa lmasa da, bu dəfə daha cəsarətli və daha açıq forma almış təxribatçı hərəkətlərin davamlılığı və çoxluğu sionistlərin, Türkiyəyə hakim millətçilərin və ərəb irticaçılarının cızdığı yeni plandan xəbər verir.

Azərbaycan Respublikası p arlamentinin bir neçə deputatının anti-İran ifadələri, üç ölkənin manevrləri və ondan İran əleyhinə siyasi faydalanmaq, İlham Əliyevin İran silahlı qüvvələrinin hərbi manevrləri əleyhinə son danışıqları, sionistlərə bağlı KİV və “ekspertlərin” açıqlamaları, Bakı rəsmilərinin sionistlərlə görüşləri, Səudiyyə Ərəbistanının anti-İran və anti-şiə xarakterli “Azərbaycan İnternational” telekanal təsis etməsi və İran yük maşınlarının gediş-gəlişinin qarşısının alınması kimi addımların hamısı bu fitnəkarlıq oyunlarının hissələrini bizim üçün açıq şəkildə göstərir.

19 yanvardan tutmuş birinci və ikinci Qarabağ müharibələrinə qədər İranın köməklərini və Ali Məqamlı Rəhbərin Qarabağa dəstək bəyanatlarının qələbə amili olduğunu dəfələrlə etiraf edən Azərbaycan Respublikası rəsmiləri və səlahiyyətliləri bu dəfə tamamilə nökərçilik addımları ataraq sionistlərdən asılı olduqlarını açıq-aşkar göstəriblər, etiraflarının əksinə olaraq İrana qarşı təxribat, ittiham və təhdid dili açıblar.

Bakı başçılarının asılılığı, anti-islamçılığı və bu ölkə rəsmilərinin Azərbaycan islamçılarına qarşı qətl, həbs və işgəncələrinin uzaq keçmişi olsa da, belə nəzərə gəlir ki, bu dəfə hökumət baçıları öz cilovlarını qabaqkından daha artıq yadların əlinə veriblər , beynəlxalq sionizmin və dost cildinə girmiş millətçilərin dəstək vədlərinə aldanıblar.

Bakı rəhbərləri yaxşı bilirlər ki, İran və Azərbaycan xalqlarının dini və etnik ortaqlıqları onların və ağalarının təfriqəçilik gücündən daha çoxdur. Habelə bilirlər ki, İranın Azərbaycan hökuməti və xalqına çoxlu və davamlı dəstəkləri asılı millətçilərin əlindən bəhanəni almış, Azərbaycanın müsəlman xalqını İrana qarşı bədbin etmək alətlərini təsirdən salmışdır.

Ancaq indi cənab Əliyev və digər Bakı rəsmiləri açıq-aşkar düşmənçiliyə israr edirsə, ilk mərhələdə bilməlidirlər ki, neçə illərdir özləri qələbə tamını dada bilməyən rejimlər in çürümüş ipləri iqtidarlı İran qarşısında duruş gətirə və özlərini ölümdən xilas edə bilməkdən çox acizdir.

İslam Respublikası indiyə kimi Azərbaycan Respublikası başçıları ilə sonsuz həddə təmkin və mehribanlıqla davranmışdır, din və məzhəb ortaqlıqlarının mövcudluğuna baxmayaraq , Bakı başçılarına hörmətlə yanaşmış və öz qardaşlığını sübuta yetirmişdir.

Lakin son təxribatlar və əcnəbilərin aşkarcasına bölgəyə ayaq açması müdara və təmkinə yer qoymamışdır , nüvə təsisatına PUA hücumundan tutmuş, İran əleyhinə casusluq və nüvə alimlərinin qətlə yetirilməsinə qədər bütün xəyanətləri yenidə n yada salmışdır və s on təxribatçılıq hərəkətlərinin artması İranın milli təhlükəsizliyi, habelə Azərbaycan Respublikasının müsəlman xalqının təhlükəsizliyinə qarşı ciddi narahatlıqlar yaratmışdır .

Bu üzdən Müstəqil İslami Təşkilatlar Birliyi Azərbaycan Respublikası prezidenti və Milli Məclisi depuatatlarının əsassız sözlərini pisləməklə yanaşı, ölkəmizin Xarici İşlər Nazirliyi və diplomatik aparatından gözlə ntisi budur ki, ötən səkkiz ildə bölgə xainlərinin və bu xalqın qatı düşmənlərinin daha çox həyasızlaşmasına səbəb olmuş passiv mövqeindən əl götürərək ciddi və tutarlı diplomatik addımlar atsın, bu təxribatçılıq hərəkətlərini zərərsizləşdirməyincə və Azərbaycan Respublikası başçılarından düzgün izah almayınca geri çəkilmə sin .

Tövfiq Allah tərəfindəndir

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button