İŞİD-in bayrağının model və simvolunun təhlili

Hər bir təşkilat, qrup və ya ölkənin bayrağı onun hədəf, inanc və siyasətlərinin rəmzi kimi tanınır. Hər bir bayrağın da rəngi, yazıları və modeli bayraq sahibinin məqsədlərini göstərir. Bu girişlə İŞİD-in bayrağındakı rəngləri, modeli və onların bayraqda necə yerləşdirilməsi mövzusunu analiz edirik.
İŞİD-in bayrağı ağ və qara olmaqla iki rəngdən ibarətdir. Tarix boyu bu iki rəng xeyir və şər, başqa sözlə Allah və şeytan, nur və zülmət rəmzi kimi işlədilmişdir. Bayrağın yazılarına və onun hansı hissələrdə yerləşdirilməsinə də diqqət etdikcə çox maraqlı nəticəyə gəlmək olur. “La ilahə illəllah” cümləsi ağ rəngə yazılıb və qara rənglə mühasirə edilib. Bu da xeyrin şər və nurun zülmət vasitəsilə mühasirə edilməsi ifadəsini verir. “Muhəmməd Rəsulullah” cümləsi isə qara rəngə (Allaha pənah aparırıq), şərə yazılıb, lakin ətrafını bürümüş işıqlıqdan istifadə edərək özünü göstərə bilmişdir. Yəni ilk növbədə bu iki cümlə və rəmzi bir-birinə zidd göstəriblər. Habelə “La ilahə illəllah” cümləsini “Muhəmməd Rəsulullah” cümləsindən yuxarıda yerləşdiriblər. Bu da xeyrin şərə qalib olması mənasınadır.
Əgər “Muhəmməd Rəsulullah” cümləsinə və ətrafını dövrələmiş işıqlığa diqqət etsək, onun kəllə sümüyü şəklində olduğunu görərik. Bu isə dəniz quldurlarının əlamətidir. Həmçinin bu ölüm əlaməti olaraq öldürücü zəhərli dərmanların üzərinə yapışdırılır.
Habelə, əgər bu cümlələrin hər birinin ətrafına ellips şəklində bir dairə çəkilsə çox pis və kobud bir forma alınır. Bu da İslamın çöhrəsini kobud və çirkin göstərir.
Bu açıqlama ilə demək olar ki, İŞİD İslama hörmətsizlik edən keşişdən az hörmətsizlik etməyib, üstəlik ondan daha pis təhqirə yol verib. Çünki İslam dini adı ilə İslamın kökünə balta vurublar.
İndi belə bir sual ortaya çıxır ki, İslam adı ilə meydana gəlmiş bir dövlət başdan-başa İslam və Rəsulullahı (s) təhqir edən bir bayrağı özünün rəmz və hədəfi kimi necə dalğalandıracaq. Belə bir bayrağı hazırlayan müsəlman ola bilərmi?