ArxivIslamXəbər lentiXəbərlər
Türkiyə Prezidenti Ərdoğandan Kərbəla mesajı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə səhifəsindən Məhərrəm ayının 10-cu günü münasibətilə paylaşım edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə səhifəsindən Məhərrəm ayının 10-cu günü münasibətilə paylaşım edib.
qafqaz.ir İslamazeri.com istinad xebere gore xəbər verir ki, Kərbəla hadisəsində qətlə yetirilən İmam Hüseyn və Əhli-Beyt mənsublarını rəhmətlə anan Ərdoğan, paylaşımında “10 Məhərrəm 61-ci il tarixində baş verən Kərbəla hadisəsi və orada baş verən qətliam üzərindən keçən 1379 ilə baxmayaraq, ürəklərimizi yandırmağa davam edir”,- deyə qeyd edib.
“Peyğəmbərimizin (s) nəvəsi Həzrəti Hüseynin (ə) şəhid edildiyi Kərbəla hadisəsi müsəlmanlara ayrımçılıq və kin deyil, məhəbbət və birlik lazım olduğu gerçəyini hər il bizlərə bir daha xatırladır.”,- deyə prezident sonda əlavə edib.