Antuan Bara:İmam Hüseyn (ə) Öz şəhadəti ilə nəinki İslamı, hətta bütün ilahi dinləri həyata qaytardı.

Bir məsihi mütəfəkkir və yazıçı deyir: İmam Hüseyn (ə) özünü və ailəsini İslam yolunda fəda etdi. Öz şəhadəti ilə nəinki İslamı, hətta bütün ilahi dinləri həyata qaytardı.
Antuan Bara “Əhli-Beyt qeyri-müsəlman alimlərin nəzərində” seminarında deyib: Tarixi Aşura hadisəsi ilə bağlı araşdırmalarım boyu İmam Hüseynin şəxsiyyətinə valeh oldum. Şahid oldum ki, bu şəxsiyyət əxlaq, risalət və müqəddəslik okeanıdır.
Məsihi mütəfəkkir və yazıçı İmam Hüseynin qiyam qaldırmaqla mühüm bir missiyanı yerinə yetirməsinə işarə ilə deyib: “Hüseyn məsihi düşüncəsində” kitabını hazırlayarkən yaradıcılığa yenicə başlamışdım. İmam Hüseynin şəxsiyyəti müxtəlif yönlərə malik olduğundan onun qiyamını bir məsihi mövqeyindən analiz etmək istədim.
Əslən Suriyadan olan məsihi yazıçı deyib: İmam Hüseyn (ə) özünü və ailəsini İslam yolunda fəda etdi. Öz şəhadəti ilə nəinki İslamı, hətta bütün ilahi dinləri həyata qaytardı.
Antuan Bara Aşura qiyamına şərqşünas yox, bir məsihi kimi yanaşdığını vurğulayaraq deyib: Şərqşünaslar mövzuya yalnız tarixi baxımından yanaşır. Onlar ayrı-ayrı hadisələri bir şərqşünas kimi təhlil edirlər. Amma mən bu kitabı yazarkən hadisələrə duyğularla yanaşdım. Şərqşünaslar hadisələrin tarixi yöndən, maddi meyarlarla təhlil edirlər. Mən Aşura qiyamının mənəvi yönlərinə nəzər saldım. “Hüseyn məsihi düşüncəsində” kitabı İslam mövqeyindən, sünni və ya şiə baxışı əsasında yazılmayıb. Bu kitab bir məsihi yanaşmasıdır. Kitabda dini və tarixi mətnlərə müraciət olunub.
Bara vurğulayıb ki, İmam Hüseynin şəxsiyyətini araşdırdıqda onun bütün dinlərin həmişəlik vicdanı olduğuna şübhəm qalmadı.
Bara deyib: İmam Hüseyn təkcə İslam yox, bütün dinlərin şəhididir. İmam Hüseynin ucaldığı şəhadət dərəcəsi bütün dinlər və etiqadlı insanlar üçün nümunə ola bilər. Bəli, İmam Hüseyn bütün bəşəriyyət yolunda şəhid olub. Həzrət Əli də belə idi. BMT insan haqları sahəsində araşdırmalarda Həzrət Əlinin düşüncələrindən istifadə edib. İmam Hüseynin düşüncələrini isə bəşəriyyət üçün azadlıq meyarı kimi təqdim etmək olar.
Antuan Bara Hüseyn mədəniyyətinin bütün dünyaya çütdırılmasında onun ardıcıllarının zəif və güclü nöqtələrinə işarə ilə deyib: Bir mətbuat konfransında dedim ki, siz müsəlmanlar və şiələr Hüseynin həqiqi dəyərini bilmirsiniz. Onun qiyamı bəşəri bir mənəvi inqilaba səbəb olub. Müsəlmanlar məhərrəm və səfər aylarında Hüseynə əzadarlıq mərasimləri ilə kifayətlənirlər. Bəli, əzadarlıq lazımdır. Amma Aşura hadisəsini inanc və düşüncə baxımından araşdırıb müxtəlif dillərdə dünyaya çatdırmaq lazımdır. İmam Hüseyn elm, mərifət, fədakarlıq okeanıdır. Onun qiyamı nəticəsində İslam və başqa ilahi dinlər səhnəyə qayıdıb. Biz bu qiyamı zahiri baxımdan təhlil etməməliyik. İmam Hüseyn mənəvi, ideoloji məqsədlər izləyirdi. O öz qiyamı ilə bəşəriyyətə dərs verdi.
Suriyalı yazıçı sözünün davamında deyib: Əgər İmam Hüseyn qiyam qaldırmasaydı İslam doğru yoldan kənara çıxardı. Zaman keçdikcə əsil İslamdan daha çox uzaqlaşma baş verərdi. Beləcə yer üzündə həqiqi din qalmazdı. İmam Hüseynin qiyamının məqsədi cəddi Peyğəmbərin ilahi təlimlərini təhriflərdən qorumaq idi. Aşura hadisəsini bir mənəvi oyanış, cihad kimi dəyərləndirmək lazımdır. İmam Hüseyn ilahi vəzifəsini yerinə yetirirdi. Təəssüf ki, İbn Teymiyyə kimiləri Aşura qiyamını müsəlmanlar arasında parçalanma yaradan fitnə aldıraraq böhtandan çəkinməyiblər. Hansı ki onların bu puç sözləri özü bir fitnədir.