
Şagirdin məktəbə hicabla getməyinin qəti əleyhinə olduğunu söyləyən millət vəkili Aqil Abbas, bunun səbəbini şagirdlərin hicabın mahiyyətini anlamamaqları ilə izah etdi: “İnsan 18 yaşına çatandan sonra ona evlənmək hüququ verilir, bu yaşdan sonra insan başa düşə bilər ki, hicaba keçmək lazımdır yoxsa, yox. III, IV sinif şagirdi bunu dərk edə bilməz. Mən Allahımı, peyğəmbəri, imamı, həzrət Abbası, həzrət Əlini sevən insanam, Ömər də mənim üçün əzizdir, Əbu Bəkr də, yəni mən sünni-şiə davası edən insan deyiləm. İslamın bütün şəxsiyyətləri mənim üçün əzizdir. “
Şagirdin hicaba görə təhsil hüququndan məhrum olmağına gəlincə isə, deputat bildirib ki, hazırda belə bir hal yoxdur:
“Əgər buna görə kimsə məktəbdən uzaqlaşarsa, onda getsin molla məktəbində oxusun, gözəl molla olsun. Mollalar da bizim əzizimizdir. Ümumiyyətlə hicaba görə kimsə məktəbdən uzaqlaşıbsa, mənə müraciət etsin ona kömək edim, məktəbə aparım”./birlik/