ArxivXəbər lentiXəbərlər
AR-in sursat anbarında partlayış

Azərbaycan Respublikası ordusunun sursat anbarlarından birində partlayış və yanğın nəticəsində azı altı nəfər yaralanıb.
Yanğın bu gün günorta çağı Bakının şimal-qərbindən 70 kilometr aralıda yerləşən “Sitlaçay” məntəqəsindəki sursat anbarında baş verib.
Bu partlayışdan sonra “Sitlaçay” məntəqəsinin ətrafındakı yaşayış massivlərinin sakinləri öz ev-eşiklərini tərk edərək, təhlükəsiz məntəqələrə pənah aparıblar.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin göstərişi ilə bu hadisənin baş verməsi dəlillərinin araşdırılması üçün xüsusi komissiya yaradılıb.
Bu hadisə barədə artıq təfərrüat yayılmayıbdır.