ArxivXəbər lentiXəbərlər

Araz Quliyev: “Bizlər İslami Birliyin tərəfdarıyıq, hər kəsi də birliyə çağırırıq”

həbsdə olan jurnalist Araz Quliyevin vəkili Yavər Hüseyn ilə əlaqə saxlayıb. Vəkil bildirib ki, hazırda Arazın olduğu yer qapalı həbsxanadır. Gün ərzində 1 saat açıq havada olmaq üçün icazə verilir. Amma buna baxmayaraq səhhətində elə bir ciddi problem yoxdu. Araz Quliyev vəkili Yavər Hüseyndən bu sözləri inanclılara çatdırmağı xahiş edib: “Allahın salamı olsun mənim əziz qardaşlarıma. Hər birinizə Allahdan möhkəm səbr, iradə və şücaət arzu edirəm. Əziz ruhanilərimizə də bizim salamımızı çatdırın. Hacı Mövsümün də salamı var hər birinizə. Allahdan Azərbaycan xalqına agahlıq arzu edir, siz əziz müqavimətçilərin əllərini bərk-bərk sıxıram.  Allah yar və yardımçınız olsun. Ayətullah Həmədaninin Azərbaycana gəlişi dindarlar arasındakı vəhdət probleminin aradan qaldırılmasının mümkün olduğunu göstərdi. Bizlər İslami Birliyin tərəfdarıyıq. Hər kəsi də birliyə çağırırıq”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button