Arxiv
Ariel Şaron kimdir?

Səkkiz ildir komada olan və vəziyyətinin yenidən pisləşməsi ilə gündəmə gələn Ariel Şaron kimdir?
Qısa arayış
Dünya mediasında yayılan xəbərlərə görə, Şaron təxminən bir ay əvvəl əməliyyat edilməsinin ardından reanimasiya otağına köçürülüb. Ancaq bu dəfə də onda böyrək çatışmazlığı müəyyən edilib. 85 yaşlı Şaron 2006-cı il, yanvarın 4-də keçirdiyi beyin qanamasının ardından komaya düşmüşdü.
Tel-Əvivdəki “Tel Hashomer” xəstəxanasında müalicəsi davam etdirilən Şaronun son bir neçə gündür vəziyyətinin getdikcə pisləşdiyi deyilir.
İsrail Ordusu radiosunda yayımlanan xəbəri eşitcək, mətbuat nümayəndələri xəstəxananın qarşısında düşərgə salıb.
1982-ci ildə Livan döyüşü zamanı Müdafiə naziri postunu tutan Şaron, 2001-2006 illəri arasında İsrailin Baş naziri vəzifəsini icra edib. 2005-ci ildə İsrailin Qəzzadan geri çəkilmə prosesinə başçılıq edib.
ABŞ HƏKİMLƏRİ: “İLAHİ BİR CƏZA”
Tarixin azsaylı
biri olan Ariel Şaronun illərini komada keçirməsinə bir çox münasibətlər bildirilib. Dünya ictimaiyyətində çox sayda insan Ariel Şaronun başına gələnləri İlahi ədalətin bir nişanəsi olaraq dəyərləndirir. İşin daha maraqlı tərəfi isə, “Qəssab” ləqəbli Şaronun xəstəliyinin tam olaraq nə olduğunun heç cür müəyyən edilə bilməməsidir. Vaxtilə Şaronun müalicəsi ilə məşğul olan heyətin tərkibində olmuş Amerikalı bir həkim də, eyni sözü dilə gətirərək, “Şaronun xəstəliyi bu ana qədər müəyyən edilə bilməyib. Çox ehtimal, onun başına gələnlər İlahi cəzanın bir nəticəsidir” ifadəsini işlətmişdi.
ŞARON KİMDİR?
Ariel Şaron tarixin qeyd etdiyi azsaylı qatil liderlərdən biri olaraq tanınır. Siyasi karyerasını tökdüyü günahsız müsəlman fələstinlilərin qanına borclu olan Şaron, hələ 25 yaşında ikən törətdiyi Kibya qırğınıyla dünyaya səs salmışdı. Şaron 1953-cü ildə Fələstinin Kibya kəndinə hücum edərək çox sayda fələstinlini qətlə yetirmişdi. Sabra və Şatilla düşərgələrində törətdiyi qırğınlarından dolayı “Qəssab” ləqəbi ilə məşhur olan İsrailin komadakı lideri Ariel Şaron, təqvimlər 14 oktyabr 1953-ü göstərdiyində tarixdəki ilk böyük qırğınlarından birinə imza atmışdı.
12 oktyabr tarixində, iki israillini öldürdükləri və Kibya kəndinə doğru qaçdıqları iddia edilən şəxsləri təqib etmək məqsədi ilə 600 kq. partlayıcı maddə ilə yola çıxan Şaron “Əvəzi nə olursa olsun, geri addım atmayacağıq” sözü ilə qatil ruhunun nə dərəcədə mərhəmətsiz olduğunu ortaya qoydu. Kəndə yaxınlaşan İsrail əsgərləri, əvvəl kəndin girişində olan iki İordaniya əsgərini öldürdülər. Gecənin qaranlığında kəndə daxil olan İsrail əsgərləri bir-bir evlərə basqın etdilər. Hər evə girdiklərində “Kimsə varmı?” sualını soruşdular. Fələstinlilər cavab verəcəkləri təqdirdə amansızlıqla qətlə yetiriləcəklərini bildikləri üçün cavab vermədilər. Evlərdən ayrılan İsrail əsgərləri bütün evlərə dinamit yerləşdirdilər. Kənddən çıxarkən isə, kəndi şiddətli bombardmana məruz qoydular. Səhərin ilk işıqları ilə birlikdə kənddəki qırğının ölçüləri də gün üzünə çıxmağa başladı. O günlərdə hələ 25 yaşında olan Şaron və İsrail ordusunun onun rəhbərlik etdiyi “101″ dəstəsi ilə Kibya kəndindəki evləri yerlə bir etmişdi.
Onlarla evin uçurulduğu, ayrıca, bir məscid, iki məktəb və bir su anbarının yerlə bir edildiyi, 70-dən artıq insanın həyatını itirdiyi, 100-dən çox insanın yaralandığı qırğına, bəzi fələstinlilərin də həbs olunduğu hücuma, eləcə də, kəndə gedən yollara yerləşdirdikləri bombalarla Kibyaya köməyin çatmasının qarşısı alınan qətliama beynəlxalq reaksiya isə çox sadə olmuşdu. BMT Təhlükəsizlik Şurası 101 saylı qərar çıxardaraq, qırğını yalnız qınamaqla kifayətlənmişdi…
SABRA VƏ ŞATİLA DA ONUN ƏSƏRİDİR
16 Sentyabr 1982 tarixində İsrail meyilli, ifrat sağçı Xristian Falanjist milislərin Qərbi Beyrutdakı Sabra və Şatilla adlı fələstin düşərgələrinə hücum edərək, uşaqlar da daxil olmaqla minlərlə (700 ilə 3500 arasındadır) adamın qətlə yetirilməsi hadisəsində də Ariel Şaron baş rolda idi. Şaronun əmrindəki İsrail ordusunun açdığı yolla irəliləyən Xristian Falanjist milislər, Sabra və Şatilada yerləşən, böyük əksəriyyəti uşaq, qadın və yaşlılardan ibarət olan düşərgə sakinlərinə hücum etdilər. Düşərgədə olan fələstinli qaçqınlarla livanlı yoxsullar silahsız və tam müdafiəsiz vəziyyətdə idilər. Falanjistlərin yanında İsrail agenti Səid Həddad da təcavüzkarlar arasında idi. Bu hadisədən sonra Şaron qırğınlardakı rolu səbəbindən “Beyrut qəssabı” deyə xatırlanmağa başladı.
TƏSADÜFİ KÖRPƏLƏR ÖLDÜRDÜLƏR
Livandakı Sabra və Şatilla fələstin düşərgələrində ailələrinin qətlə yetirilməsinə şahid olan uşaqlar 26 il sonra belə qırğının izlərini yaddaşlarından silə bilməyiblər. Üç gündə təxminən 3 min 500 adamın qətlə yetirilməsinin izləri küçələrdən silinmiş, amma xilas olanlar 16 sentyabr 1982 gecəsini ən xırda detallarına qədər xatırlayırlar.
O zaman altı yaşında olan Naval Əbu Rudeyna yaşananları belə izah edir: “İsraillilər havanı işıqlandıran fişənglər atdı. Ortalıq gündüz kimi işıqlıq idi. Bir livanlı qadın xristian milislərin hamımızı öldürməyə gəldiyini xəbər verdi. Atam ona “Sus, uşaqları qorxudursan” dedi, amma o israr etdi. Qışqırıqlar və “Siz terrorçusunuz, sizi yox edəcəyik” deyən səslər eşitdik.” Aralarında atası, qarnı deşilərək körpəsi çıxarılan hamilə bacısının da olduğu 16 qohumu öldürülən Rudeyna, “Narkotikdən istifadə etmişdilər, yerdə şprislər vardı. Hər addım atdığımızda cəsədlərin üzərinə basır və ya bir qonşu, ya da bir qohum görürdük” dedi. Qurbanlar bu gün toyuqların gəzişdiyi toplu məzarlarda yatır. O zaman yeddi yaşında olan Mahmud Saka, “Təsadüfi insanları öldürdülər, körpə yaşdakı uşaqları belə. Kişiləri bir divarın önünə sıralayıb gülləyə düzürdülər. Milislər bizi çuxurların yanına gətirib qadın, kişi və uşaqları ayırdılar. Bizi buraxdılar, qışqırıqlar eşitdik, sonra heç… atam və əmimi heç tapa bilmədik” dedi.
TƏXRİBATLA İKİNCİ İNTİFADANI BAŞLATMIŞDI