ArxivXəbərlər

Asim Ərdəbili dünyasını dəyişdi + FOTO

Bir il müddətində ağır xərçəng xəstəliyindən əziyyət çəkən “Ustad Asim Ərdəbili”, nəhayət dünyasını dəyişdi.
Fars İnformasiya Agentliyinin verdiyi məlumta əsasən, ötən ildən xərçəng xəstəliyi ilə mübarizə aparan Ərdəbil şəhərinin görkəmli şairi mərhum Asim Kəffaş Ərdəbili durumunun ağırlaşması ilə Ərdəbil xəstəxanalarının birinə köçürüldükdən sonra dünyaya göz yümüb.
Ustad Asim 1320-ci günəş ili qış mövsümünün ilk ayının 13-də (1942-ci miladi il 10 yanvar) sənətsevər Ərdəbil şəhərinin Cümə Məscidi məhəlləsində anadan olmuşdur.
Mərhum Asim ilk və orta təhsili Ərdəbilin Sənayi və Səfəvi məktəblərində bitirib və 1353-cü günəş ili Tehran Ali Müəllim Tərbiyəsi universitetində təhsil ilə məşğul olub və ondan sonra anayurdu Ərdəbil şəhərində fəzilətli müəllimlik peşəsinə başladı.
Ərdəbil şəhərinin fəxrlərindən sayılan bu şairin cənazəsi bu gün (bazar ertəsi 5 may) Cümə Məscidinin önündən Ərdəbilin fəxrli və ədib şairinin vurğunları və mədəniyyətsevər xalqının geniş iştirakı ilə son mənzilə yola salınıb torpağa tapşırılacaq.
Qeyd etmək lazılmdır ki, ötən günəş ili İsfənd (fevral-març) ayında azeri və fars dillərində dəyərli şerlər yazan bu şairin əzizlənmə mərasimi daxili və xarici qonaqların iştirakı ilə keçirildi.
Qanlı səhər, Yaralı durna, Nisgilli gülüşlər, Sözlü gözlər bu şairin əsərlərindəndir.

 

 

Burada rəhmətliyin yubleyindən çəkilən fotolar təqdim olunur:

 

 

Vəfasız dəhrdir Asim vəfasızdan vəfa umma

Xəzan tarac edən gülzardən ruh səfa umma

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button