Aslandüzun imam cüməsi SEPAH-ın iqtidar manevrini İran gənclərinin vətəni müdafiə etməyə hazır olmasının göstəricisi adlandırıb.
Qafqaz Həqiqətlərixəbər verir ki, höccətül-islam Əzim Əsədzadə Aslandüzda keçirilən cümə namazı xütbələrində Azərbaycan Respublikasının son günlərdəki hərəkətlərinə, SEPAH və bəsicin Araz sərhədində hərbi təlimlərinə toxunaraq deyib: “Bu hərbi manevr İran cavanlarının vətəni müdafiəyə hazırlığını, İslam Respublikasının yüksək iqtidarını, əzəmətini, kimlik və mahiyyətini göstərdi.”
İmam cümə qeyd edib ki, Azərbaycan Respublikası tərəfindən qalxan son təhlükə və hərəkətlər sionist rejiminin əli ilə formalaşıb. O, əlavə edib: “Bizim üçün nıxr təyin edən kəslərə cavab vermək tezdir. Çünki bu onların öz sözləri deyildir. Bütün o sözlərə göz yumuruq. Ona görə ki, bölgədə məkirli planların sionist rejimi tərəfindən həyata keçirildiyini bilirik.”
Höccətül-islam Əsədzadə əlavə edib: “Azərbaycan xalqı oyaqdır. Ümid edirik ki, bu ölkənin hökumət adamları da oyanacaq və şirin quyruğu ilə oynaya bilmədiklərini başa düşəcəklər. Ona görə ki, İran xalqı səkkiz illik Müqəddəs Müdafiədə 50 ölkə qarşısında sınaqdan çıxıb və torpağından bir zərrəsini də düşmənə verməyib.”
Aslandüz imam cüməsi Ərdəbil əyalətinin şimalında, xüsusilə də Aslandüz şəhristanında İranın iqtidar və izzətini dünyaya və İslam İnqilabının düşmənlərinə göstərən SEPAH, bəsic və hərbi təlimlərin təşkilatçılarına öz təşəkkürünü bildirib. O, habelə Müqəddəs Müdafiə Həftəsi münasibətilə öz təbrikini bildirərək deyib: “İslam İnqilabının qələbəsindən sonra Yaxın Şərqdə maraqlarının təhlükəyə düşdüyünü görən düşmən İslam inqilabını Səddam və BƏƏS Partiyasının əli ilə məhv etməyə səy göstərdi.”
Əsədzadə 8 illik Müqəddəs Müdafiə tezisini İslam Respublikası cavanlarının müqavimət, fədakarlıq, dilavərlik və pəhləvanlıq tezisi adlandırıb, allahpərəstlik, vilayətçilik və axirətə imanı Müqəddəs Müdafiədə qələbə amili kimi tanıdıb, həzrət İmam Xomeyinin (r) rəhbərlik və komandanlığını, milli vəhdəti, İslam mücahidlərinin ilahi istəklərini, ölkənin komandirlərinin rolunu, şücaət və dözümü 8 illik müharibədə qələbə səbəbləri kimi qeyd edib.
İmam cümə 8 illik Müqəddəs Müdafiədə Amerika və Qərbin gücünün dağıldığını vurğulayaraq deyib: “Özünə güvənmək, özünə inam, istedadların üzə çıxması, yerli yaradıcılıqlar, bacarıq və müqavimətin formalaşması Müqəddəs Müdafiənin nailiyyətlərindəndir. Bugün biz həmin nailiyyətləri qorumalıyıq və meydanda olmalıyıq.”
Xətib 8 illik müharibənin İslami İranın əzəmətli xalqının haqq olduğunu və müqavimətini isbat etmək üçün bir sınaq olduğunu bildirərək deyib ki, ölkədə çətin və həssas günlər yarandı, ancaq bu torpağın ən yaxşı dilavərlərinin və cavanlarının qəhrəmanlığı Müqəddəs Müdafiə illərinin çox gözəl idarə olunmasına səbəb oldu.
İmam cümə İmam Hüseynin (ə) Ərbəin gününün yaxınlaşması münasibətilə başsağlığı verərək deyib: “Təəssüflər olsun ki, nəhs korona virusunun yayılması üzündən Əhli-beyt (ə) aşiqləri iki ildir piyada yürüşündə iştirak edə bilmirlər. Ümid edirik ki, Mütəal Allahın inayəti ilə tezliklə bu bəla dünyadan uzaqlaşsın və yenidən bu möhtəşəm yürüş baş tutsun.”