ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Astara gömrüyündə tranzit sadələşdirilir

İran və Azərbaycan Astara gömrüyündə sərhəd tranzitinin sadələşdirilməsi barədə razılığa gəliblər

 İran İslam Respublikasının Astara Baş Gömrük İdarəsinin rəisi Səid Nadiri ilə Azərbaycan rəsmiləri arasında görüş keçirilib.

Bu barədə İranın Astara Baş Gömrük İdarəsi məlumat yayıb.

Görüşdə tərəflər iki ölkə arasında sərhəd tranzitinin asanlaşdırılması və artırılması barədə razılığa gəliblər.

Qeyd olunur ki, bu görüşdə Səid Nadiri Azərbaycan Respublikası Gömrük Xidməti tərəfindən yük maşınlarının daha sürətlə keçirilməsini istəyib.

 

Astara Baş Gömrük İdarəsinin rəisi iki ölkənin yol və şəhərsalma nazirləri arasında əldə edilmiş razılaşmanı xatırladaraq, Azərbaycana daxil olan yük maşınlarının sayının sutkada 400-ə çatdırılmasına və sözügedən prosesi asanlaşdırmağa çağırıb.

İclasın yekunu olaraq qərara alınıb ki, yeni gömrüyün təkmilləşdirilməsi layihəsi başa çatana qədər İrana məxsus yük maşınlarının sayı gündə 300-ə çatdırılsın.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button