Astara şəhərinin imam cüməsi Azərbaycan Respublikasının dəyərli alimlərindən olan Hacı Şahin Həsənlinin qəfil vəfatı ilə əlaqədar başsağlığı verib.
Qafqaz Həqiqətləri xəbər verir ki, Astaranın hörmətli imam cüməsi höccətül-islam Məhəmməd Cavad Baqiri Urumi bu şəhərdə keçirilən cümə namazı xütbələrində Azərbaycan Respublikasının şiə alimlərindən sayılan, Bakı şəhərininMəşədi Dadaş məscidinin imam camaatı Hacı Şahin Həsənlinin qəfil vəfatından kədərləndiyini bildirərək, bu ağrılı itki ilə bağlı dost və qonşu ölkənin dini icmasına və şiələrinə başsağlığı verib.