AktualAktualArxivXəbər lentiXəbərlər
Aşura məktəbi, Azərbaycanda 70 illik anti-din təbliğatını məhv etdi

Ali Məqamlı Rəhbərin Ərdəbil Azad İslam Universitetində ofisinin rəhbəri deyib: “70 illik anti-din təbliğatı ilə üzləşməsinə baxmayaraq öz əslini və kimliyini qorumuş Azərbaycanın müsəlman xalqı Sovetlər Birliyinin zəifləməsini hiss edən kimi İran İslam Respublikasının sərhədlərinə tərəf axışdılar, Araz çayının qırağında “Allahu Əkbər”, “La ilahə illəllah” şüarları səsləndirdilər və öz əsillərini, tarixi vətənlərini unutmadıqlarını nümayiş etdirdilər”.
Qafqaz Mədəniyyət Mərkəzi – Ali Məqamlı Rəhbərin Ərdəbil Azad İslam Universitetində ofisinin rəhbəri höccətül-islam Həmid Vahidzadə “Əbsarnews”in müxbiri ilə müsahibəsində 19 Yanvarı Azərbaycanın müsəlman xalqının əziz İslam dini və öz tarixi vətənlərinə, yəni İran və İslam İnqilabına eşq və sevginin təzahürü günü adlandıraraq deyib: “25 il öncə 1990-cı ilin yanvar ayında sosialist sovet hökumətinin axırlarında İran və SSRİ sərhədlərində böyük hadisə baş verdi və bu 19 Yanvar hadisəsini yaratdı. 70 illik anti-din təbliğatı ilə üzləşməsinə baxmayaraq öz əslini və kimliyini qorumuş Azərbaycanın müsəlman xalqı Sovetlər Birliyinin zəifləməsini hiss edən kimi İran İslam Respublikasının sərhədlərinə tərəf axışdılar, Araz çayının qırağında “Allahu Əkbər”, “La ilahə illəllah” şüarları səsləndirdilər və öz əsillərini, tarixi vətənlərini unutmadıqlarını nümayiş etdirdilər”.
-
Vahidzadə Azərbaycan xalqının belə bir günün intizarında olduqlarını qeyd edərək artırıb: “Onlar repressiyadan azad olduqları üçün çox sevinirdilər. 19 yanvar günü onlar tikanlı məftilləri qırdılar və özlərini soyuq qış günündə Araz çayına vuraraq İran torpağına qədəm qoydular”.