Aşura məktəbinə xurafatlar qatmaq istyənlər var

Qum şəhərinin Məscidi Əəzəm məscidində yüksək səviyyədə təşkil edilən fikh dərsinin başlanğıcında söhbət edən Ayətullah Nasir Məkarim Şirazi Məhərrəm ayı və bu aydakı hadisələr haqqında danışıb.
Hər il Məhərrəm mərasimlərinə xurafatlar qatmaq istəyən bəzi əllərin işbaşında olduğu danılmazdır. Bu səbəbdən də alimlər ayıq olmalı və bu cür xurafatların Aşura mərasimlərinə yol tapmasına imkan verməməlidirlər.
Bu səhər Qum şəhərinin Məscidi Əəzəm məscidində yüksək səviyyədə təşkil edilən fikh dərsinin başlanğıcında söhbət edən Ayətullah Nasir Məkarim Şirazi Məhərrəm ayı və bu aydakı hadisələr haqqında danışıb.
Ayətullah Şirazi İmam Hüseynin (ə.s.) qiyamındakı əsas hədəfin insanları Uca Allahın yoluna hidayət etmək olduğunu bildirmiş və demişdir:
“Əgər bir insan iman əhli olarsa və nafilə ibadəti olaraq sadəcə gecə namazlarını qılrasa istədiyi şey Allah qatında ona verilər. Qafil insanların ardınca getməmək və onların sözlərinə aldanmamaq lazımdır. Allahın yolu təmamilə aydındır və doğrudur. Əsas olan o yola baş vurmaq və o yolun yolçusu olmaqdır.
Mənim gənclərə, məxsusən də müxtəlif şəraitlərdə yaşayan və günaha batma ehtimalı olan gənclərə tövsiyəm budur ki, hər gecə də olmasa ən azından cümə gecələri yuxudan oyanıb gecə namazı qılsınlar.”
Yuxu və istirahət saatların da riayət etməyin mühümlüyünə toxunan Ayətullah Məkarim Şirazi söhbətinə bu sözlərlə davam edib: “Həftə içində hər gecə və yaxud ən azından bir-iki gecə yuxudan oyanıb gecə namazı qılmaq insanı bəla və günahların şərrindən qoruyur. Bəziləri gecə namazının bütün təfsilatlarının yerinə yetirilməsinin vacib olduğunu güman edir. Ancaq bu namazların sadəcə rəkət sayını və vitir namazının qunutunu yerinə yetirmək kifayətdir.”
Ayətullah Nasir Məkarim Şirazi sözlərinə belə davam edib: “Elə bir zamanda yaşayırıq ki, azma və yoldan çıxma vasitələri olduqca atmışdır. Bu təhlükələrdən bizi qoruya biləcək faktorlardan biri məhz gecə namazıdır.
Əgər kimsə 11 rəkət olan bu namazın hamısını da qıla bilməzsə, heç olmasa şəf və vitr namazından ibarət olan son üç rəkəti də qıla bilər. İşi asanlaşdırmaq lazımdır ki, dinin müştərisi çoxalsın.
Hədisdə belə buyurulur: Əgər bir kəs gecə namazı üçün qalxarsa və yuxu ona qalib gələrsə və bu namazı qıla bilməzsə Allah mələklərə belə buyurar: Mənim bu qulum özünə vacib olmayan bir iş üçün oyandı. Onun bütün ehtiyaclarını təmin edəcəyim haqqında size şahid tuturam.”
Ayətullah Məkarim Şirazi daha sonra bu il keçirilən Məhərrəm mərasimlərinə toxunmuş və mühüm açıqlamalar etmişdir. Ayətullah Şirazi belə demişdir:
Bu il ölkə içində və xaricində, hətta qeyri müsəlmanlar şəhidlər ağası olan İmam Hüseyin (ə.s) və Kərbala şəhidlərinin xatirəsini çox gözəl şəkildə anıblar.
Bu mənalı və gözəl proqramlar İslam düşmənlərinin məğlubiyyətini və İmam Hüseyin hədəfinin qalibiyyətini göstərməkdədir. Bir neçə gün bundan əvvəl Yaponiyadan bir heyət qonağım oldu. Universitet müəllimlərindən ibarət olan bu qrupdakı insanlar Buddist inancına sahibdirlər. Ancaq Aşura mərasimlərindən çox təsirləndiklərini göz yaşlarını axıdaraq ifadə ediblər.
Əsas bunu unutmaq olmaz ki, İmam Hüseyn hicri 61-ci ildə ortaya qoyduğu ilahi qiyamı ilə bütün insanların fitrətinə hökm etmişdir. Bu hadisəyə heç bir şey əlavə etmək lazım deyil. Hadisənin özü olduğu kimi insanlara çatdırıldığında ruhlarda iniqlab yaratmağa kifayət edir.
Düşmənlər bunu başa düşdükləri üçün bu ülvi hərəkəti təhrif etmək üçün həmişə səy göstəmişdilər. Bugün də bu planlarını həyata keçirməkdədirlər. Bu hadisəyə bir sıra xurafatlar qatmaqla insanlara qoyduğu təsirləri yox etmək istəyirlər.
Təəssüflər ki, bəzi bəsirətləri bağlı olan dindar insanlar da anlamadan bu cür xurafatlara qapı açmaqdadırlar. Burada alimlərin üzərinə böyük məsuliyyət düşür. Alimlərin bugünkü vəzifəsi Həzrəti Zeynəbin və Həzrəti Zeynəlabidinin qiyamın ardınca bütün çətinliklərə baxmayaraq insanları aydınlatmaq və İmam Hüseynin qiyamının hədəflərini başa salmasına oxşayır.