Bu gün Musavat.com saytının “Facebook” və “Youtube” platformalarında həyata keçirdiyi canlı yayının qonağı ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğludur. Məlum olduğu kimi, sabah sentyabr ayınnın 10-u, Aşura günüdür. Əksər müsəlmanlar bu günü məscidlərdə əzadarlıq etməklə, ibadətlə keçirirlər. Lakin Aşura nə deməkdir. Mahiyyəti nədir, hansı əməlləri var, bu günlərdə insanlar nə kimi ifrata var, Aşura gününün mahiyyətinə yaraşmaya əməllər nələrdir- bu sualları hər kəsi düşündürür.
O səbəbdən mövzunu ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu ilə müzakirə edirik.
Hazırda başlayan bu müzakirədə dinləyicilərimiz də iştirak edə bilərlər.