ArxivXəbər lentiXəbərlər

ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirib

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 4-də Füzuli rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirilib.
Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən İslamazeri.com-a bildirilib ki, monitorinq insidentsiz başa çatıb.
Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller aparıblar.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin səhra köməkçiləri Mixail Olaru, Genadi Petrika və Martin Şuster keçiriblər.
ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirib

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button