ArxivXəbər lentiXəbərlər
ATƏT MQ həmsədrləri Nyu-York və Vaşinqtonda görüşlər keçiriblər

“ATƏT-in Minsk qrupunun həmsədrləri Nyu-York və Vaşinqtonda əla görüşlər keçiriblər”. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə amerikalı həmsədr Ceyms Uorlik özünün “twitter” səhifəsində yazıb. “Biz Dağlıq Qarabağ danışıqları ilə bağlı vasitəçilik işimizdə birliyimizi davam etdiririk” – deyə C. Uorlik əlavə edib.
Qeyd edək ki, uorlik bundan əvvəl öz səhifəsində Azərbaycan tərəfinə keçmiş erməni əsgərinin qaytarılmasını humanist jest adlandıraraq, bu addımı alqışladığını demişdi.