ArxivQarabağSONXƏBƏRLƏRXəbər lentiXəbərlər
ATƏT sədri Azərbaycan və Ermənistan XİN başçıları ilə telefonla danışıb – FOTO

İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və erməni həmkarı Ara Ayvazyanla danışıb.
Bu barədə o, özünün “Twitter” səhifəsində məlumat verib.
“Azərbaycan-Ermənistan sərhədində cərəyan edən hadisələrlə bağlı bu gün Azərbaycan və Ermənistandakı həmkarlarım Ceyhum Bayramov və Ara Ayvazyanla danışdım. ATƏT sədri və şəxsi nümayəndəm vəziyyəti yaxından izləyir”, -deyə xanım Linde qeyd edib.