ArxivXəbər lentiXəbərlər
ATƏT sədri: Qarabağ sülh müzakirələri irəliləyibdir

Bakı mediaları bildiriblər ki, ATƏT sədri Qarabağ sülh müzakirələrinin irəliləyişindən xəbər verib.
İtaliya xarici işlər nazirliyi xəbər veribdir ki, bu ölkənin xarici işlər naziri və ATƏT-in dövri sədri Enzo Muavero Milans bu təşkilatın daimi şurasının iclasında Ermənistanla Azərbaycan Respublikası arasındakı müzakirələrdə irəliləyişin mövcudluğu barədə danışıb. Azərbaycan Respublikasının əksər xəbər saytları bu xəbəri əks etdiriblər, amma Qarabağ sülh müzakirələrində əldə olunan irəliləyiş barədə heç bir təfərrüat yayılmayıbdır.