Aktual

Atatürkü ilahlaşdıranlar və ya… (Araşdırma)

Bəzən həddən artıq tərif insana xidmət yox, ona xəyanət sayılır

İslamazeri.az-ın “Dunyabulteni”-nə istinadən verdiyi məlumata görə, Türkiyədə Respublikanın ilk illərindən etibarən Mustafa Kamal Atatürkün tanrılaşdırılması və milliyyətçiliyin dinləşdirilməsi günümüzə qədər təəccüblü nümunələrlə özünü göstərib.

Nümunələrdən ilki, 1928-ci il avqust ayında “Hakimiyyəti-Milliyə” qəzetinin mətbəəsində dərc edilən və Türk Tayyare Cəmiyyətinə aid olan “Türkün Yeni Amentüsü” adlı kitab olub. Yeni əlifbaya keçid dövründə dərc edilən və ilk səhifəsi Latın hərfli 60 səhifəlik kitabdır. Kitabda, künyəsi “Safı” (Təkin Alp) adlı müəllifin, İslamın “amentü” duası əvəzinə bu ifadələri işlədir:
“Qəhrəmanlığın nümunəsi olan və vətənin istiqlalını yoxdan var edən “Mustafa Kamal”a, onun cəngavər ordusuna, uca qanunlarına, mücahid analarına və Türkiyə üçün axirət günü olmadığına iman edirəm. Yaxşılıqla pisliyin insanlardan gəldiyinə, böyük millətimin mədəni dünyada ən böyük mövqeyi qazanacağına, qəhramanlıq dastanlarıyla tarixi dolduran qüdrətli Türk ordusunun birliyinə və “Qazi”nin Allahın ən sevimli qulu olduğuna bütün qəlbimlə şəhadət verirəm.”

 Başqa bir nümunədə Əli Hadi,

“Qazi” başlıqlı şeirində:
“Her yaptığın iş harikadır, her sözün ayet,
Kavmin olalım, sen bize, din eyle inayet!
Din istemeyiz öyle Arap felsefesinden, Gazi!
Bize bir din de yarat Türk nefesinden!..”

Halil Bedi Yönetken:
“Tanrı gibi görünüyor her yerde,
Topraklarda, denizlerde, göklerde;
Gönül tapar, kendisinden geçer de,
Hangi yana göz bakarsa: Atatürk.

Babasından önce onun adını,
Öğretiyor oğluna Türk kadını,
Ondan aldık yaşamanın tadını,

Kemalettin Kamunun bəslədiyi “Atatürk Marşı”nda isə:
Ne örümcek, ne yosun
Ne mûcize, ne füsun,
Kâbe Arab’ın olsun
Çankaya bize yeter…

 Yusuf Ziya Ortaç adlı şair isə, “Tanrılaş könlümdə, Tanrılaş Atam” adlı şer yazıb.

Osman Nuri Çerman, Atatürkün sözlərini Quran kimi müqəddəs olduğunu vurğulayır:”Vətəni xilas edən Atatürkün sözləri bir Tanrı sözüdür. Türkcə Quran oxuyan kimi, onuda oxu! Təkrar oxu və hər kəsə oxut! Öyrət! İzah et! Yaz! Yazdır! Dərc et! Müqəddəs kitabların ruhundan ayrı olmayan “Kəmalizm” prinsipləri, vətənpərvər türkün inancı, ibadəti, mədəniyyəti, istiqlalı və istiqbalıdır.”
Cəmil Məriç adlı yazar “Jurnal 1” kitabında, “Mustafa Kamal təkcə başların xaricini deyil, daxilinidə təmizlədi. Qərb şabka idi. Şapka və İtaət. Kütlənin əvəzinə “Şef” düşünməliydi. Quran rəflərə qaldırıldı. “Nitq” aşkar oldu. Bir nitq və məzhəb. Bir tanrı və şeytan. Biz Atatürkçüyük, Atatürkçülük Cumhuriyyətin rəsmi dinidir. Bu gedişlə dünyanın Atatürkçü olması lazım gələcək. Yaşasın Atatürk.”
Teoman Daralı isə “Onurğasızlaşdırılmış Türklük” adlı kitabında, “Türk tarixində ilk din dövləti, Cumhuriyyət Türkiyəsidir.” kimi ifadələr işlədərək Atatürkü ilahiləşdirmişdir.

Mənbələr:
Safi (Tekin Alp), Türk’ün Yeni Amentüsü, Ankara 1928.
Fikret Başkaya, Paradigmanın İflası, Ankara, 2004.
Osman Nuri Çerman, Dinimizde Reform: Kemalizm, Sayı 24, İstanbul,1959.
Yusuf Ziya Ortaç, Derleyen: Behçet Necatigil, Atatürk Şiirleri, Ankara, 1963.
Teoman Duralı, Omurgasızlaştırılmış Türklük, İstanbul, 2010.Cemil Meriç, Jurnal 1, İstanbul, 2004.
Cumhuriyet Gazetesi, 5 Ağustos 1935, 19 Kasım 1938.

xebername.org

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button