“Biz bizdən asılı olan hər şeyi edəcəyik.”
-qafqaz.ir un İslamazeri.com-a istinadən verdiyi xəbərə əsasən, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali təmsilçisi Federika Mogerini bildirib ki, Avropa İttifaqı (Aİ) Avropa şirkətlərinin İranla əməkdaşlığın genişləndirilməsinin tərəfdarıdır.
“Biz bizdən asılı olan hər şeyi edəcəyik ki, İran (nüvə) sazişi çərçivəsində qalsın ki, İran xalqı bu sazişdən iqtisadi mənfəət əldə etsin. Biz inanırıq ki, bu, regionla yanaşı, bütün dünyanın da təhlükəsizlik məsələlərinə cavab verir.”, – deyə Mogerini qeyd edib.
Avropalı diplomatı xüsusilə vurğulayıb ki, məhz ticarət nüvə sazişinin ayrılmaz hissəsidir.
Xatırladaq ki, cari ilin may ayında ABŞ prezidenti Donald Tramp ölkəsinin İranın nüvə proqramına daiz sazişdən çıxdığını və bütün anti-İran sanksiyalarını bərpa edəcəyini elan etmişdi.
Sazişin avropalı iştirakçıları isə bu addımı pisləyiblər və sənədə sadiqliklərini bəyan ediblər.