Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı dünyasını dəyişib. Hadisə İsmayıllı rayonunda baş verib. Belə ki, 1983-cü il təvəllüdlü polkovnik-leytenant Zülfüqarov Seymur Ənvər oğlu ötən gün ürəktutmasından dünyasını dəyişib. Qeyd edək ki, S.Zülfüqarov Laçın rayonunda xidmət edib. O, bir neçə gün öncə məzuniyyətə çıxıbmış.