Aktual

Avropa İttifaqı komissarından Qarabağ tövsiyəsi

“Avropa İttifaqı bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etməyə hazırdır” – iyulun 10-da Ermənistana səfər edən genişlənmə və qonşuluq siyasəti üzrə komissar Ştefan Füle belə deyib. Komissar həmin gün Ermənistan prezidenti Serj Sərkisyanla danışıq aparıb.

AzərTAc-ın məlumatına görə, jurnalistlərlə söhbətində Dağlıq Qarabağ münaqişənin həssas məsələ olduğunu vurğulayan komissar qeyd edib ki, nə Yerevan, nə də Bakı bu mövzu ilə bağlı susmalıdır. Ştefan Füle Ermənistanı Azərbaycanla Madrid prinsipləri əsasında razılığa gəlmək üçün səyləri artırmağa çağırıb: “Avropa İttifaqı isə münaqişənin həlli və sülhün bərqərar olması üçün fəaliyyətini davam etdirməyə hazırdır”.

ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə həllini təklif edir. Həmin prinsiplər belə sıralanıb:

– Dağlıq Qarabağ ətrafında olan rayonların Azərbaycanın nəzarətinə qaytarılması (ilk mərhələdə Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, sonra Kəlbəcər, daha sonra Laçın);

– Dağlıq Qarabağa keçid statusu (indiki statusundan çox fərqlənməmək şərti ilə) verməklə onun təhlükəsizliyinə və özünü idarə etməsinə təminat;

– Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılması;

– Dağlıq Qarabağda bölgənin yekun statusunu müəyyən edəcək referendumun keçirilməsi;

– bütün qaçqın və köçkünlərin münaqişədən əvvəl yaşadıqları ərazilərə qayıtmaq hüququ;

– Dağlıq Qarabağ bölgəsi ətrafına sülhməramlı qüvvələrin yerləşdirilməsi.

“Media forum”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button