ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Avropa İttifaqı nüvə danışqılarını yenidən qaldırmaq üçün İrana nümayəndə göndərir

Avr Avropa İttifaqı yüksək rütbəli rəsmilərdən olan Enrike Moranı Tehrana göndərir. Məlumata görə, səfərin məqsədi dayanan nüvə danışıqlarına yenidən təkan verməkdir.

İnterAz SalamNews-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali rəsmisi Cozef Borrel “Financial Times”a deyib.

O, son açıqlamasında bildirib ki, İranla aparılan nüvə danışıqlarındakı durğunluğu aradan qaldırmaq üçün müavini Enriko Moranı Tehrana səfərə göndərəcək.

Aİ-nin Ali rəsmisi sözügedən səfəri nüvə danışıqlarının səmərə verməsi istiqamətində “hədəfə son atış” kimi qiymətləndirib və eyni zamanda iranlıların belə bir səfərə meyilli olmadıqlarını da dilə gətirib.

C.Borrel bu səfərdə orta həll yolunun əldə edilməsinin əsas hədəf olduğunu qeyd edib.

“Financial Times” əlavə edib ki, C.Borrel İranın İslam İnqilabının Keşikçilər Ordusunun böyük qisminin ABŞ-ın “terror siyahısı”ndan çıxarılması ssenarisi üzərində çalışır. Qəzet bildirib ki, bu məsələ nüvə sazişinin bərpası istiqamətində əsas maneələrdən biridir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button