ArxivXəbər lentiXəbərlər

Kadırov: Koalisiya İŞİD-in tam məhvinə mane olur

«Bu koalisiyanın əsas  hədəf və tapşırıqları üzdədir: Onlar İblis Dövlətinin tam məhvinə və regionda sülhün bərqərarına mane olmağa cəhd edirlər», – deyə  Kadırov özünün İnstagram səhifəsində yazıb.

 «Bəzi ölkələr öz qoşunlarını (Suriyaya – red.) yeritmək və eyni zamanda aviahücumlara başlamaq niyyətləri barədə bəyan ediblər»,- deyə Çeçenistan rəhbəri vurğulayır. – «Suriya bildirir ki, Türkiyə artileriyası  yaşayış məntəqələrini atəşə  tutub. Eyni zamanda Səudiyyə Ərəbistanı  Ərəb dünyasının 20-dən çox ölkəsinin HHQ və quru qoşunlarının iştirakı ilə öz tarixinin ən böyük  hərbi təlimlərinə hazırlaşır. Məlumatlar var ki, Ərəb Krallığın hərbi bazalarından birinə texnika  və şəxsi heyətin  çatdırılmasına artıq başlanılıb».

 Çeçenistan başçısı  istisna etmir ki, bu Suriyada  aktiv fəaliyyətə hazırlıqdır, HHQ və  bir neçə ölkəin bölmələrinin bir hərbi plasdarmda istifadəsi isə böyük konfliktlərin, hətta silahlı qarşıdurmanın  yaranmasına səbəb olacaq təsadüfi insidentləri yarada bilər.

 Kadırov bununla əlaqədar olaraq beynəlxalq terrorla real müharibə əvəzinə özlərini koalisiya adlandıranların iştirakçıları arasında  münasibətlərin aydınlaşdırılmasına başlanacağı barədə xəbərdarlıq edib.

 «Müharibənin və Yaxın Şərqdə  çevrilişlərin müəlliflərinin  planlarına  İŞİD-in tam məhvi və Bəşər Əsəd hökumətiinin möhkəmlənməsi  daxil deyil, ancaq  onlar oyunun şərtlərinin artıq Qərb və ABŞ tərəfindən diktə olunmadığı ilə barışmalıdırlar», – deyə Kadırov yekunlaşdırıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button