ArxivXəbər lentiXəbərlər
Bakı-Gəncə sürət qatarı yolda qaldı

“Azərbaycan Dəmir Yolları”QSC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova Faktxeber.com-a bildirib ki, qatarın yolda qalması elektrik xətlərindəki nasazlıqla bağlı olub:
“Dünən hava çox küləkli idi. Ona görə elektrik xətlərində nasazlıq yaranıb. Buna görə qatar dayanıb, lakin problem tezliklə aradan qaldırılıb və sərnişinlər 8 dəqiqə gecikmə ilə Bakıya çatıblar”.
Qurum rəsmisi, qatar yolda qaldığından sərnişinləri daşımaq üçün teplovoz göndərilməsi ilə bağlı deyilənləri də təkzib edib.
Xatırladaq ki, Bakı-Gəncə sürət qatarı ötən il dekabrın 29-da işə düşüb. Qatar hər ayın cüt günlərində Bakıdan, tək günlərində isə Gəncə şəhərindən səhər saat 09:00-da yola düşür.
Qatarın yolda olma müddəti 4 saat 28 dəqiqə təşkil edir. Dörd vaqondan ibarət qatarda 9 yerlik birinci klass, 62 yerlik biznes və 296 yerlik standart olmaqla, cəmi 367 oturacaq var