Avropanın ermənilərə kor-koranə dəstəyi…

Azərbaycan diaspor təşkilatları haqsızlığa qarşı etirazlarını davam etdirirlər
25 noyabr 2020-ci il tarixində Fransa Senatında qondarma “Dağlıq Qarabağ rejimi”ni tanımaq barəsində tövsiyə xarakterli 145 saylı qərar qəbul edilidi. Səsvermədə 305 nəfər senator bu qərarı müdafiə etdi və cəmi bir nəfər etiraza qalxdı. Belə bir qərəzli qərara qarşı Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti tərəfindən rəsmi etirazlar səsləndirildi. Bununla yanaşı, iki ölkənin bütün siyasi partiyaları və vətəndaş cəmiyyəti institutları da etiraz dalğasına qoşuldular.
Bu ərəfədə faktiki olaraq diaspor təşkilatlarımız da öz etiraz səslərini ucaltdılar. Azərbaycanın Ermənistan ordusunun işğalçı qüvvələri tərəfindən işğal edilmiş ərazilərin azad edilməsi barəsi istiqamətində yaradılmış ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Fransanın bu qərarı qəbul etməsi rəsmi Parisin qərəzli mövqe tutması kimi dəyərləndirildi. Fransa ilə yanaşı, İngiltərə, Belçika və bəzi ölkələrdə də erməni diasporunun təsiri altında ölkələrdə də milli diaspor fəallarımız dinc durmayaraq, özlərinin etirazlarını bildirmişlər.
Nədən Qarabağ məsələsində ermənilər müdafiə olunur?
Bu barədə xaricdə yaşayan diaspor fəallarımız həqiqətləri bilsələr də, onu açıqlamaq fikirndə olmadıqlarını dilə gətirirlər. Onlar qeyri-rəsmi şəkildə etiraf edirlər ki, bizim milli diaspor sahəsi üzrə təşkilatlanma ənənəmizin olmaması, bəzi diaspor qurumları və onların rəhbərləri fəaliyyət göstərdikləri ölkənin dolayı yolla basqılarından çəkinir, onları mümkün qədər radikal olmamağa məcbur edirlər. Ona görə də, Azərbaycan diaspor təşkilatları və fəallarının sonradan hansısa problemlərlə qarşılamamaq üçün loyallıq etməklə öz vətənpərvər duyğularını açıq şəkildə ifadə etməkdən çəkinirlər.
Öudr ki, son həftələrdə Fransa, İngiltərə, Belçika və Niderlandda rəsmi şəkildə ermənipərəst mövqelər önə çıxarıldı. Halbuki, bu dövlətlərin heç birində Ermənistanla siyasi, iqtisadi, humanitar və mədəni əlaqələr tələb olunan səviyyədə deyil. Adı çəkilən ölkələrin demək olar ki, Azərbaycanla hərtərəfli əlaqələri var və onlar zamanla ölkəmizə milyardlarla dollar dəyərində hətta yatırımlar da qoyublar. Bunun qarşılığında isə, istədikləri səviyyədə qazanc əldə ediblər. Azərbaycanın yaxın perspektivdə beynəlxaqlq miqyasda önə çıxarılacaq “Xəzərətrafı İqtisadi Region” layihəsində həmin dövlətlər iştirakı gözlənilir.
Bu proyektdə təkcə ildə 50 milyard kub metr təbii yanacaq qazının Avropaya ixracı məsələsi yüzmilyardlarla dollar qazanc deməkdir. “İpək Yolu” proyektinin şərtləri əsasında Orta Asiya, Azərbaycan, Gürcüstan və Türkiyənin bir araya gəldiyi yeni nəqliyyat dəhlizi Avropa dövlətlərinin əsas gəlir mənbəyinə çevriləcəyi faktı yaxın gələcəyin gözəgəlimli ən ciddi projelərindən biridir. Son 2-3 ildə Avropanın demək olar ki, bütün irili-xırdalı şirkətlərinin nümayəndələri Bakıya öz təkliflərini irəli sürmək üçün gəliblər. Onlara əlverişli biznes mühitinin yaradılması ideyasını isə, Azərbaycan tərəfi təklif edibdir. Paytaxt Bakıdan 70 km aralıda bu məqsədlə yeni infrastrukurlar inşa edilməsi faktını isə, bütün biznes mühitinin insanları əzbərdən bilirlər. Heç bir perspektivi olmayan Ermənistana dəstək verilməsi və onlarla həmrəylik nümayiş etdirilməsi anlaşılan deyil. Əvvəllər “güclü erməni lobbisi”, “xristian həmrəyli” və s. epitetlərlə Azərbaycan cəmiyyətində istədikləri manevrləri edirdilərsə, 44 günlük “II Qarabağ Savaşı” sübut etdi ki, belə anlayışlar yoxdur, hamısı süni mifdən ibarətmiş.
Soydaşlarımızın Parisdə Parisə etirazı
Fransada yaşayan azərbaycanlı icması torpaqlarını erməni işğalından azad edən və ərazi bütövlüyünü təmin edən ölkəmizin haqlı mövqeyi və erməni təxribatları ilə əlaqədar Fransa senatının üzvlərinə müraciət etdi. “Fransa-Azərbaycan Dialoqu Assosiasiyası”, “Ulduz” Cəmiyyəti, “Alim” Elmi Assosiasiyası, “Fransa–Azərbaycan Mədəniyyət Assosiasiyası”, “Fransa–Azərbaycan Gənclər Assosiasiyası”, “Fransanın Azərbaycanlı Tələbələr Assosiasiyası” və Fransadakı azərbaycanlı İcmasının senatorlara ünvanlanan məktublarında Azərbaycan torpaqlarının 20%-nin qəsbkar Ermənistan tərəfindən işğal edilməsinin və beynəlxalq qanunlara uyğun olaraq Azərbaycan ordusunun ərazilərimizi azad etməsinin tarixi, 30 ilə yaxın müddətdə Dağlıq Qarabağ və ona bitişik 7 rayonda ermənilərin bütün dini və memarlıq abidələrini məhv etdiyi, bütün infrastrukturu və evləri dağıtdığı barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, Azərbaycanın qələbə qazanması nəticəsində vaxtilə öz doğma yurdlarından qovulmuş və 28 il ərzində məcburi köçkün həyatını yaşamış milyona yaxın azərbaycanlı evlərinə qayıdacağı günü səbirsizliklə gözləyir. Bildirilib ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll olunması məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun üç həmsədr üzvündən biri olan Fransanın Ermənistanın işğalçı siyasətini dəstəkləməsi, Dağlıq Qarabağdakı qondarma və cinayətkar rejimin Fransa senatında tanıdılması ilə bağlı cəhdlər göstərilməsi bu ölkədə yaşayan azərbaycanlı icmasını ciddi şəkildə narahat edir. Fransada yaşayan minlərlə azərbaycanlının bu cəhdi pislədiyini vurğulayan soydaşlarımız ölkə senatını beynəlxalq hüquqa zidd olan qanun layihəsini qəbul etməməyə çağırıb.
Belçika və Avropa qurumlarını beynəlxalıq hüquqa hörmətlə yanaşmağa çağırıldı
Belçikada yaşayan azərbaycanlı icması Azərbaycanın ərazi bütövlüyünün tanınması və işğalçını dəstəkləyən addımların atılmaması ilə bağlı Belçika Parlamenti və Avropanın bir sıra beynəlxalq qurumlarına müraciət etdi. Belçika Parlamentinin rəhbərliyinə, Xarici İşlər Nazirliyinə, bu ölkənin Azərbaycandakı səfirliyinə, Avropa Birliyinə, bütün siyasi partiyalara və digər qurumlara ünvanladığı müraciətdə qeyd edilib ki, Azərbaycan ordusunun Qarabağda qazandığı qələbəni həzm edə bilməyən erməni separatçıları və onların diaspor adı altında fəaliyyət göstərən havadarları yenidən hərəkətə keçiblər. Onlar Niderland və Belçika parlamentlərində olan bəzi anti-Azərbaycan qüvvələri ilə birlikdə Dağlıq Qarabağdakı qondarma və cinayətkar rejimin tanınması ilə bağlı addımlar atılmasına cəhdlər göstərirlər. Belə cəhdlərdən biri Brüssel şəhərində “Artsax” ofisinin açılması və qondarma rejimlə diplomatik əlaqələrin qurulmasına dair məsələnin gündəmə gətirilməsidir. Yaxın günlərdə bu məsələnin Belçika parlamentində müzakirəyə çıxarılması gözlənilir. Bu addıma kəskin etirazını bildirən azərbaycanlı icması xəbərdarlıq edib ki, Azərbaycanın dünya birliyi, o cümlədən Belçika dövləti tərəfindən tanınan ərazi bütövlüyünə zidd olan belə qərarın qəbulu beynəlxalq hüquq və normalara zidd olmaqla yanaşı, həm də Azərbaycan-Belçika əlaqələrinə, Avropa İttifaqı ilə Azərbaycanın münasibətlərinə zərbə vura bilər.
İngiltərədə Derbi Şəhər Şurasına etiraz məktubu göndərildi
İngiltərədəki azərbaycanlı icması Azərbaycanın ərazi bütövlüyünün tanınması və işğalçını dəstəkləyən addımların atılmaması ilə bağlı Derbi Şəhər Şurasına müraciət edib. Derbi Şəhər Şurasının baş icraçı direktoru Paul Simpsona ünvanlanan müraciətdə Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması ilə bağlı təklifin yalan və ermənipərəst təbliğatın nəticəsi olduğu qeyd edilib. Bu addıma kəskin etirazını bildirən azərbaycanlı icması xəbərdarlıq edib ki, Azərbaycanın dünya birliyi, o cümlədən İngiltərə tərəfindən tanınan ərazi bütövlüyünə zidd olan belə qərarın qəbulu beynəlxalq hüquq və normalara qarşı olmaqla yanaşı, həm də Azərbaycan-İngiltərə əlaqələrinə zərbə vura bilər. Vurğulanıb ki, qəbul olunmuş qərar Birləşmiş Krallıqla Azərbaycan arasında mövcud olan ikitərəfli əlaqələrə və Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünə göstərilmiş etimada hörmətsizlik kimi dəyərləndirilir. İnanırıq ki, qəbul olunmuş qərar tezliklə Şura tərəfindən ləğv ediləcək. Qeyd edək ki, etiraz məktubu Britaniya Azərbaycanlıları İcması, Britaniya Azərbaycanlıları Assosiasiyası, Beynəlxalq Azərbaycan İcması təşkilatları və İngiltərədə yaşayan azərbaycanlılar tərəfindən ünvanlanıb.

Xarkovda soydaşlarımız ermənilərin vandalizminə etiraz bildiriblər
Ukraynanın Xarkov vilayətindəki azərbaycanlı icması ölkəmizin işğaldan azad olunmuş ərazilərində ermənilərin törətdikləri ekoloji vandalizmə etiraz olaraq beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. “Dostluq” Ukrayna-Azərbaycan Cəmiyyətinin sədri Murad Ömərovun imzası ilə BMT, ATƏT və UNESCO-nun Ukraynadakı nümayəndəliklərinə, eləcə də Rusiyanın prezident administrasiyasına, bu ölkənin Ukraynadakı səfirliyinə ünvanlanan müraciətlərdə Azərbaycan diasporunun Qarabağda sülhün bərqərar olması naminə Azərbaycan, Türkiyə və Rusiya prezidentlərinin göstərdikləri səyləri yüksək qiymətləndirdiyi qeyd olunub. Bununla belə, Cəbrayıl, Zəngilan, Qubadlı, Füzuli, Ağdam və Kəlbəcər rayonlarının işğaldan azad olunması zamanı bütün dünya Azərbaycanın tarixi, mədəni abidələrinə, məscidlərinə qarşı ermənilər tərəfindən vandalizm aktlarının törədildiyinin, flora və faunanın qəsdən və planlı şəkildə məhv edildiyinin şahidi olub.
Müraciətdə işğalçı Ermənistanın Şuşa şəhərinin ətrafındakı Topxana meşəsini istifadəsi qadağan olunmuş ağ fosforun tətbiqi ilə yandırdığı, işğal edilmiş ərazilərdə qeyri-qanuni arxeoloji qazıntılar apardığı, aşkarlanmış artefaktların beynəlxalq hüquqa zidd olaraq Azərbaycan ərazisindən çıxarmağa cəhd göstərdiyi diqqətə çatdırılıb. Törədilənlər ciddi ekoloji cinayətlər adlandıran soydaşlarımız beynəlxalq təşkilatları və Rusiya hökumətini Ermənistanın insanlıq əleyhinə yönələn barbar addımlarının qarşısını almağa çağırıblar.