ArxivXəbər lentiXəbərlər
AXCP-nin fəal üzvü həbs olunub

Azərbaycan Xalq Cəbhəsi partiyasının fəal üzvlərindən biri təhlükəsizlik məmurları tərəfindən həbs olunub.
Turan İnformasiya Agentliyinin məlumatına görə, AXCP-nin fəal üzvü Məsud Rzalı cümə günü Bakı şəhərində metro stansiyası qarşısında saxlanılıb.
Azərbaycan Respublikası təhlükəsizlik məmurları həbs zamanı həbs barəsində heç bir açıqlama verməyiblər.
AXCP-nin ictimai əlaqələr şöbəsi Məsud Rzalının həbsinin səbəbini sosial-ictimai şəbəkələrdə bu ölkədə insan haqları barəsindəki sözləri hesab edib.