Ayətullah Amili: 19 yanvar müsəlman azərilərin öz əsillərinə və kimliklərinə qayıtdığı gündür

Ərdəbilin imam cüməsi bu həftənin cümə namazı xütbələrində 19 yanvar gününün yaxınlaşmasına, belə bir gündə Azərbaycanda yaşayan azərilərin İrana tərəf axışması və 19 yanvarın İranda “Dünya Müsəlman Azərbaycanlıları Günü” adlanmasına toxunaraq deyib: “19 yanvar kimliyə, əsilliyə və ata yurduna qayıtmaq, İran və İslama bağlılığın elanı günüdür”.
Qafqaz Mədəniyyət Mərkəzi – Vəliyyi-fəqihin əyalət üzrə nümayəndəsi və Ərdəbilin imam cüməsi bu həftənin cümə namazı xütbələrində prezidentin müavini, ölkəninproqram və büdcə təşkilatının sədri cənab doktor Nobəxtin əlverişsiz bir hava şəraitdə Ərdəbilə səfər etdiyinə görə ona minnətdarlığını bildirib və onun himmətini alqışlayıb.
Həzrət Ayətullah Amili həmçinin, dəmir yolu hissələri hazırlayan şirkətlərin və Kövsər bəndinin ərazi sahiblərinin haqlarının ödənilməsinə dair verdiyi tapşırığa, habelə Ənbəran bəndinə ayırdığı vəsaitə görə doktor Nobəxtə təşəkkür edib.
Ərdəbil əhalisinin Rəhbərlik Ekspertlər Məclisində nümayəndəsi xütbəsinin digər hissəsində Suriya ordusunun Hələbdə qələbəsinə və onun sələfi-təkfirçi terrorçulardan geri alınmasına işarə edərək deyib: “Bu qələbənin əhəmiyyəti ondadır ki, Amerika, İsrail və Ərəbistan ölkələri Suriyanın parçalanması haqqında razılığa gəlmişdilər. Hələb, bu layihənin ağırlıq mərkəzi idi. Onların Suriyanı parçalayaraq çox kiçik bir məntəqəni Suriyanın payı olaraq Bəşər Əsədin rəhbərliyi ilə ələvilərə, digər bir məntəqəni Ərəbistanın müdiriyyəti ilə əhli-sünnəyə, digər mühüm bir məntəqəni də kürdlərə verərək Amerikanın daimi bazasına çevirmək istəyirdilər. Ancaq Suriya ordusunun Hələbdəki qələbəsi onların planlarını puça çıxardı”.
Xətib, kürdlərin Suriya və İraqdan ayrılması üçün İsrailin çox geniş rol və planları olduğunu vurğulayaraq deyib: “Türkiyə İsrail ilə əməkdaşlıq etdiyi üçün gələcəkdə böyük bir böhranla üzləşəcək”.
Ərdəbilin imam cüməsi xütbəsinin digər bir hissəsində 19 yanvar gününün yaxınlaşmasına, belə bir gündə Sovetlər Birliyinin parçalanması ərəfəsində Azərbaycan azərilərinin İran sərhədlərinə axışması münasibətilə 19 yanvarın “Dünya Müsəlman Azərbaycanlıları Günü” adlanmasına da toxunaraq deyib: “19 yanvar günü əsilliyə və ata yurduna qayıtmaq, İran və İslama bağlılığın elanı günüdür”.
“19 yanvar bir xalqın tarix və yaddaşını unutmağa qoymadığı üçün bizə önəmlidir”-deyə, xətib əlavə edib.
Həzrət Ayətullah Amili 20 yanvar şəhidlərinin də xatirəsini əziz tutub və əziz azərilərin 20 yanvarda sabiq sovet hökuməti tərəfindən qətlə yetirilməsinin səbəbinin 19 yanvar hadisələri olduğunu qeyd edib.
İmam cümə 19 yanvar günü münasibətilə geniş proqramların hazırlanmasını xəbər verərək deyib: “Azərbaycanın dini, milli və tarixi kimliyini qarət olunmaqdan qoruyan Azərbaycanın ədəbiyyat və mədəniyyətin iftixarlı şəxsiyyətləri təqdir olunacaq”.
O vurğulayıb: “Bu il üçün Nizami Gəncəvini seçmişik. Bu istiqamətdə onun şerindən bir neçə beyt seçilmişdir, Azərbaycan və İran azərbaycanlılarının bütün ədəbiyyatçı, şair və mütəfəkkirlərindən istəyirik ki, bu beytlərə uyğun olaraq özlərinin azərcə olan nəzm və nəsrlərini “19 yanvar mərasiminin keçirilməsi idarəsi”nə göndərsinlər.
Seçilmiş beytlər belədir:
Həme aləm tən əst və İran del
Nist quyənde zinqiyas xecil
Çunki İran dele-zəmin başəd
Del ze tən be buvəd yəqin başəd
Zani vilayət ki mehtəran darənd
Behtərin cay behtəran darənd”.
Ayətullah Amili sonda deyib: “Bu beytlərdə mühüm mesajlar vardır. Ümid edirik ki, azəri böyük və hörmətli ədib və yazıçılar onun izahına diqqət edəcəklər”.