
Bu dövlət nümayəndəsinə deyirik: Əgər İmam Hüseyn (ə) səhv etsəydi, 27 milyon insan onun fikir və ideyasına ləbbeyk deməzdi. İmam Hüseynin (ə) bayrağını Azərbaycanın hər yerindən yığışdırıb zibil qutusuna atmaqla səhvə siz mürtəkib oldunuz.
Qafqaz Mədəniyyət Mərkəzi – Ərdəbilin imam cüməsi və Vəliyyi-Fəqihin əyalət üzrə nümayəndəsi bu həftənin cümə namazı xütbələrində müsəlman ölkələri arasında ixtilaf yaratmağı dünya imperializminin strateji hədəfi adlandıraraq deyib: “İslam ümmətinin düşmənləri İran İslam Respublikasının qonşuları ilə münasibətlərinə xələl gətirməyə cəhd edirlər”.
İmam cümə artırıb: “Dünya imperializminin çox təhlükəli proqramlarından biri də İslam ölkələri arasında ixtilaflar yaratmaq və onları bir-birlərindən, xüsusilə də qonşu olkələrdən uzaq saxlamaqdır. Onlar bu proqram çərçivəsində İran-Türkiyə münasibətlərində gərginlik yaratmağa çalışırlar. Türkiyə dövlət başçısının Riyadda İrana qarşı töhməti vurması, bu təhlükəli planı göstərir.O, İranı millətçilikdə ittiham etdi və demək istədiyi budur ki, İran şiəliyin təəssübünü çəkir və şiələri dəstəkləmək üçün əhli-sünnə əleyhinə iş görür. Bu barədə diqqət etmək lazımdır:
-
Bu töhmət Türkiyə dövlətinə yaraşır və onun barəsində doğrudur. Türkiyə ölkənin cənubunda 5 əyalətdə, xüsusən də Diyarbəkrdə kürdlərlə qarşıdurmadadır və elə bir gün yoxdur ki, polisdən, yaxud kürdlər tərəfindən adam ölməmiş olsun. Türkiyə dövlətinin İraq türkmənlərini terrorçular qarşısında müdafiə etməkdə şiə və sünnü türkmənlər arasında fərq qoyması, bu ölkənin milliyyətçi olmasının bariz nümunəsidir. Ona görə də Əmirəli türkmənlərinin qətliamı qarşısında sükut etdi.
-
İran İslam Respublikasının hədəfləri şiə-sünni firqəçiliyi kimi mövzulardan çox-çox yüksəkdir və heç vaxt şiə və sünnü arasında fərq qoymamışdır. Bu gün Fələstin tək qalmışdır. Çünki Türkiyə də Ərəbistan kimi İsrail cəbhəsində dayanmışdır. Məzlum Fələstininİrandan başqa dəstəkləyicisi yoxdur. Halbuki, Fələstin əhalisinin hamısı əhli-sünnədir. İran İslam Respublikasının Fələstini müdafiə etməsi çox ağır xərclərə başa gəlmişdir. İran hərbi müşavirlərinin Suriyada iştirakı da zahirdə müsəlman, lakin İsrail nökəri olan hökumətlərin orada hakim ola bilməməsinə və müqavimət xəttini qıra bilməməsinə görədir.