AktualAktualArxivXəbər lentiXəbərlər

Ayətullah Amili Azərbaycan Respublikasının Təbrizdə yeni baş konsulunu qəbul edib

Azərbaycan Respublikasının Təbrizdə yeni baş konsulu Əliyənnağı Hüseynov Vəliyyi-Fəqihin əyalət üzrə nümayəndəsi və Ərdəbilin imam cüməsinin ofisinə gələrək Seyid Həsən Amili ilə görüşmüşdür.

Qafqaz Mədəniyyət Mərkəzi – Görüşdə Vəliyyi-Fəqihin nümayəndəsi Seyid Həsən Amili Təbrizdə Azərbaycan Respublikasının baş konsulu təyin olunması münasibətilə Əliyənnağı Hüseynovu təbrik edib və onun gəlişinin iki ölkə arasında münasibətlərin mədəni, iqtisadi və digər sahələrdə möhkəmlənməsinə səbəb olmasını arzuladığını bildirib.
Görüşün davamında ikitərəfli əlaqələrin genişləndirilməsi istənilib, iki ölkə arasındakı münasibətlərə xələl gətirə biləcək amillələrə qarşılaşmağa təkid edilib.
Əliyənnağı Hüseynov deyib: “İran və Azərbaycan arasında çox yaxşı iqtisadi və siyasi münasibətlər vardır. Bunu daha da genişləndirmək lazımdır”.
Baş konsul əlavə edib: “İran, Azərbaycan Respublikası üçün bir qonşu və mədəniyyət ortağı olduğu üçün çox önəmlidir. İqtisadi münasibətləri də möhkəmləndirməyə təlaş etmək çox zəruridir”.
İki ölkə münasibətlərinin hərtərəfli inkişafını genişləndirməyin zəruriliyini vurğulayan Ə. Hüseynovdeyib: “Azərbaycan Respublikası münasibətləri asanlaşdırmaq, mədəniyyət, siyasət və iqtisadiyyat mübadilələri sahəsində daha fəal addımlar atacaq”.

photo_2016-10-30_08-41-42 photo_2016-10-30_08-41-02  photo_2016-10-30_08-41-33 photo_2016-10-30_08-41-30 photo_2016-10-30_08-41-27 photo_2016-10-30_08-41-09

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button