AktualAktualArxivXəbər lentiXəbərlər

Ayətullah Amili : Azərbaycanda Hüseyn(ə) təfəkküründən başqa digər təfəkkürlərə yer yoxdur və Azərbaycanın həqiqi sahibi elə İmam Hüseyndir(ə)

Qafqaz Mədəniyyət Mərkəzinin verdiyi məlumata əsasən  Həzrət Ayətullah Amili bu gün cümə namazı xütbələrində Azərbaycanın iri şəhərlərində Hüseyn(ə) əzadarlarının əzəmətli toplantısına  hazırlıq işləri görməklə məşğul olan Azərbaycan dindarlarına təşəkkür edərək, deyib: Sizin bu əzəmətli toplantınız vəhhabilər və ermənilər qarşısında iqtidar nişanəsi olacaq və bir daha sübut edəcək ki, Azərbaycanda Hüseyn(ə) təfəkküründən başqa digər təfəkkürlərə yer yoxdur və Azərbaycanın həqiqi sahibi elə İmam Hüseyndir(ə).
Xatırladaq ki, Ərdəbilin imam cüməsi və Vəli Fəqihin Ərdəbil üzrə nümayəndəsi Ayətullah Amili Məhərrəm ayı öncəsi Azərbaycan Respublikası xalqı, xüsusilə də dindar kəsimlərə müraciət edərək, Məhərrəm ayı mərasimlərinin əzəmətli formada keçirilməsini və Aşura günü hər bir şəhərdə bir məkanda iri toplantının təşkil edilməsini tövsiyə etmişdi. Ayətullah Amilinin bu tövsiyəsi Azərbaycan xalqı tərəfindən müsbət qarşılanmış və Hüseyn(ə) əzadarları bu tövsiyənin icrası istiqamətində lazımi işlərin görülməsinə başlamışdılar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button