ArxivIslamXəbər lentiXəbərlər
Ramazanın ilk cümə günü 180 min fələstinli Məscidul-Əqsada cümə namazı qıldı (FOTO)

İşğalçı İsrail rejiminin məhdudiyyətlərinə baxmayaraq Ramazan ayının ilk cümə günü Məscidul-Əqsada 180 min fələstinli cümə namazı qılıb.
qafqaz.az, bu barədə Fələstin İnformasiya Mərkəzinin “Tvitter” səhifəsində məlumat verilib.
Qüds İslami Vəqflər İdarəsinin direktoru Şeyx İzam Xətib bildirib ki, cümə namazı Məscidul-Əqsada və ətraf səhnlərdə təşkil olunub.
Qeyd edək ki, işğalçı İsrail rejim qüvvələri 40 yaşından aşağı olan fələstinlilərin məscidə daxil olmasına mane olub.
Əqsa məscidində cümə namazını qılmaq ümidilə Qüdsə daxil olmaq şansı əldə etmək üçün İsrail rejimi ordusunun Beytləhmdəki nəzarət-buraxılış məntəqəsində minlərlə fələstinli sübh tezdən gözləyib.





