AktualAktualArxivXəbər lentiXəbərlər

Ayətullah Amili: Hicab dindarlıq tablosu və dinin ictimai həyatının göstəricisidir

Qafqaz Mədəniyyət Mərkəzinin verdiyi məlumata görə Ərdəbilin imam cüməsi və Vəliyyi-fəqihin əyalət üzrə nümayəndəsi bu həftənin cümə namazının xütbələrində kinorejissor Məcid Məcidinin çəkdiyi “Məhəmməd Rəsulullah (s)” filmini yüksək qiymətləndirərək dedi: “Bu film İslamın vəhabilər tərəfindən zədələnmiş çöhrəsininin bərpası və qərbin yaratdığı islamofobiyanın aradan qaldırılması məqsədilə hazırlanmışdır. İslamın həqiqi çöhrəsini göstərmək zəruri idi”.

Həzrət Ayətullah Amili artırdı: “Vəhabi alimlərinin və qərbin bu filmlə müxalifət etmələri təbiidir”.

Ərdəbil əhalisinin Rəhbərlik Ekspertlər Məclisinin nümayəndəsi xütbəsinin davamında BBC xəbər agentliyinin İran qadınlarına Allahın əmri olan hicab və iffətə qarşı çıxmalarını tövsiyə etməsini və müasir dünyada İran mədəniyyəti meyarlarına ehtiyac olmadığı barədə verlişlərinə reaksiya verərək hicab və iffət barədə çıxış etdi.

O qərbin hicabla müxalifət etməsinin səbəbinə toxunaraq dedi: “Onlar yaxşı bilirlər ki, hicab dindarlıq tablosu və dinin ictimai həyatının göstəricisi, qərblilərin dilincə desək, siyasi bəyanatdır”.

İmam camə açıqladı: “Hal-hazırda sosial şəbəkələrdə və peyk antenalarında bizim ən böyük mədəni sərvətimiz olan hicab və iffət qarət və tarac edilir. Həyanın getməsi ilə qorunmaq çətinləşir və bunun nəticəsində qadınlar öz təhlükəsizlliyini itirir, ailə təşkilatı parçalanır, qadın əl altında istifadə edilən bir alətə çevrilir, qadın əbədiyyəti viran olur, o təqllidi bir mövcudluğa süqut edir, kosmetik ləvazimatın nökərinə dönür, insanlar yalançı iştahalara mübtəla olur, yalan, hiylə-kələk üçün rəqabət yaranır, adət-ənənələr, mədəni dəyərlər pozulur, ağ evlilik faciəsi yaranır, mənəviyyat yoxsulluğu camiəni bürüyür, Allahın bəlası və intiqamı camiədə ailə və iffət pozğunluğu yaradanlara qarşı nazil olur”.

Ümumi Mədəniyyət Şurasının sədri xütbəsinin davamında artırıb: “Bir gəncin həyatında bundan böyük səhvi ola bilməz ki, öz həyat ortağını ilahi ayələrin hörmətini sındırmış, günaha düşmüş və öz şəxsiyyətini başqalarının gözündə axtaranlar arasından seçsin. Belə bir seçim etmək sözsüz ki, xarab olmuş bir nəsil yer üzərinə gətirəcək”.

Ayətullah Amili xütbəsinin sonunda gənclərə xitab edərək Müqəddəs Ərdəbili kimi şəxsiyyətlərin əyalətimiz və ölkəmiz üçün qazandıqları müqəddəsliyi qorumağa cəhd etmələrini istədi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button