Ayətüllah Amili əyalətin bu həftəki cümənamazının xütbələrində qarşıdakı nüvə müzakirələrinə və imperializmin qarşısında dayanmağın zəruriliyinə işarə edərək Azərbaycan respublikasının Qarabağ problemini örnək kimi xatırladıb bildirmişdir ki, Qarabağı Azərbaycandan almışlar. Təhlükəsizlik şorasının 4 qətnaməsinin də xeyri yoxdur. Əldən çıxanı geri qaytarmazlar. Imperializmin qarşısında dayanmaq lazımdır.
Qafqaz mədəniyyət mərkəzinin raportuna görə vəliyyi-fəqihin əyalətdəki nümayəndəsi və Ərdəbilin imamcüməsi bu həftəki cümənamazının xütbələrində 5+1 dövlətlərin yeni tələblərini tənqid etmişdir. Ayətüllah Amili həzrətləri İranın ehtimali hərbi mərkəzlərinə əl tapmaq, nüvə mütəxəssislərini dindirmək, nüvə alimləri haqqında məlumat bankını tələb etmək, İranın gələcəkdə də nüvə təsisatları bərpa etmək qbiliyyətinin alınmasının zəruriliyi MAQAT-nin hakimliyi və istədiyi vaxtda və istədiyi yeri təftiş etmək hüququna malik olması, nəticə etibarı ilə İranı ən nəzarətdə saxlanmış ölkəyə çevirmək, nüvə tədqiqatlarının dayandırılması, ölkə elminin ölüm hükmü olan nüvə elmi istehsalından məhrum olmaq, eləcə də İranın öz öhdəliyini yerinə yetirməsi ilə sanksiyaların ləğv edilməsi arasında mvazinətin olmaması kimi tələbləri dağıdıcı və təhqiredici qiymətləndirərək demişdir: bu tələblərlə İrana nüvə texnologiyası qalmır. O, sözlərinin davamında Azərbaycan respublikasının Qarabağ problemini örnək kimi xatırladaraq bildirmişdir ki, Qarabağı Azərbaycandan almışlar. Təhlükəsizlik şorasının 4 qətnaməsinin də xeyri yoxdur. Əldən çıxanı geri qaytarmazlar. Imperializmin qarşısında dayanmaq lazımdır.