Ayətullah Amili: Türkiyə sionist rejimlə münasibətlər qurmaqla Fələstinə xəyanət etdi

Qafqaz Mədəniyyət Mərkəzi – Vəliyyi-Fəqihin əyalət üzrə nümayəndəsi və Ərdəbilin imam cüməsi həzrət Ayətullah Amili bu həftənin cümə namazı xütbələrində Türkiyənin sionist rejimlə münasibətlərini normallaşdırmasına toxunaraq deyib: “Türkiyə dövləti bir çox siyasi sahələrdə nakam qaldı. Bu təcriddən yaxa qurtaramaq, Amerika, Avropa və AIPAC-in (Amerika-İsrail Əlaqələr Komitəsinin) diqqətini cəlb etmək üçün bu böyük xəyanətə əl atmışdır”.
İmam cümə Fələstinin 70 illik işğalı dövründə Fələstin və İslam ümmətinin təzahürlərinə qarşı olunan xəyanətlərə də toxunaraq deyib: “Ona görə də həzrət İmam Xomeyni (rh) Qüds Günü elan etməklə Fələstin mövzusunu asılı islam ölkələrinin müzakirə mizindən götürərək onu ictimailəşdirdi”.
O, sözügedən anlaşmanın maddələrinə də toxunaraq onu İsrailin siyasətinin və iqtisadiyyatının dirçəlməsinə xidmət etdiyini adlandıraraq deyib: “Türkiyənin bu anlaşmada payı olduqca cüzi və dəyərsizdir. Bu anlaşma həqiqətdə böyük siyasi intihardır”.
Ayətullah Amili Qüds Günü barədə deyib: “Qüds günü həzrət İmam Xomeyninin (rh) şah əsərlərindəndir və o, bu təşəbbüsü ilə Fələstini ictimailəşdirdi və Ərəb-İsrail mövzusu çərçivəsindən çıxararaq, islami, ictimai və öndə dayanan bir mövzu etdi. İmamın (rh) bu hərəkəti İsraili sonsuz dərəcədə çıxılmaz vəziyyətə saldı və sionist rejim illər boyu sülh müzakirəsi üçün ərəblərə yalvarmalı oldu. Lakin son zamanlarda bir sıra İslam ölkələrinin xəyanət etməsi nəticəsində ərəb ölkələri sülh müzakirəsi üçün İsrailin ardınca düşüb və İsrail onlara etina etmir. Hal-hazırda bu xəyanətin nəticəsində Fələstin mövzusu İsrail və İslam ölkələrinin ön planından çıxmışdır”.