dünan Səbail Rayon Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
hakim Şəhla Abdullayevanın sədrliyi ilə keçirilən prosesdə qəbul edilən qərara əsasən Vilyam Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.