ArxivIslammədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər
Müsəlman Birliyi Hərəkatı üzvünün məhkəməsi başlayacaq

Bu barədə RAKURS.tv-yə onun yaxınları məlumat verib.
Məhkəmənin ilk açılış iclası 4 oktyabr saat 12:15 də Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək.
Xatırladaq ki, Müsəlman Birliyi Hərəkatının üzvü Razi Karlar oğlu Hümbətov 7 İyul 2021-ci ildə saxlanılmış və ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda törədildikdə) ittiham irəli sürülmüşdü.
Bakının Nərimanov rayon Məhkəməsi Hümbətov barəsində həbs qətimkan tədbiri seçmişdi.
Qeyd edək ki, Razi Hümbətov yaşadığı ərazidə narkomaniyaya qarşı fəal mübarizə aparması ilə tanınırdı.