FaktXəbər-in verdiyi məlumata görə, dini mərcəyi təqlid alimlərindən Ayətullahul -üzma Nuri Həmədani bu gün səhər Azərbaycana səfər edib. O, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, İranın Bakıdakı səfiri Möhsün Pakayin və Ayətullah Seyid Əli Xamneyinin Azərbaycandakı nümayəndəsi Əliəkbər Ocaqnejad tərəfindən qarşılanıb.
Ayətullahul-üzma Nuri Həmədani Azərbaycana səfər etməkdə məqsədinin müsəlmanlar arasında vəhdət və yekdilliyin gücləndirilməsi olduğunu bildirib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə mərcəyi-təqldid aliminin Azərbaycana səfərinin ilk dəfə baş verdiyini, bunun böyük önəm daşıdığını bildirib və bunun digər mərcəyi-təqlid alimlərinin ölkəmizə səfərinə bir başlanğıc olacağına ümidvar olduğunu deyib.
Qeyd edək ki, 1926-cı ilə İranın Həmədan şəhərində anadan olmuş müctəhid hazırda dünyada, xüsusilə də müsəlman dünyasında ən tanınmış müctəhidlərdəndir.
Nuri Həmədani Məhəmməd Rza şahın kənarlaşdırılmasını tələb edən bəyanata imza atan ikinci adamdır.
Müctəhid ilk təhsilini atasından alıb.
Tez bir zaman ərzində fiqh, üsul, kəlam, əxlaq elmələrində yüksək pillələrə yiyələnən Nuri Həmədani paralel olaraq, Qum Feyziyyəsində və şəhərin digər elmi hövzələrində tədrislə məşğul olub.
Müctəhidin şəriət məsələlərinin izahlı risaləsi, yeni suallara cavab verən “İstiftaat” kitabı və onlarla digər qiymətli əsərləri vardır.
İran, Azərbaycan, İraq, Livan, Bəhreyn, Türkiyə və sair islam ölkələrində şəriət məsələlərində Nuri Həmədaniyə təqlid edən çoxlu sayda insanlar var.