Ərbəin günü zəvvarların təhlükəsizliyini 24 min hərbçi təmin edəcək

Ərbəin günü Kərbəla zəvvarlarının təhlükəsizliyinin təmini üçün xüsusi xidmət orqanlarının 24 min əməkdaşının iştirakı ilə xüsusi layihəyə başlanılıb. FaktXəbər-in Fəcr əl-Mokavima portalına istinadla verdiyi məlumata görə, bu barədə «Əl-Fərat əl-Övsat» əməliyyatının komandiri Keys əl-Muhəmmədəvi bəyan edib. Generalın sözlərinə görə, bəzi buraxılış məntəqələrində dəyişikliklər olub: «Ərbəin günündə zəvvarların təhlükəsizliyini, müşahidəni və kəşfiyyat əməliyyatları çərçivəsində çoxsaylı könüllülər cəlb olunub».
İŞİD-lə əlaqədar olaraq təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bəyan edən əl-Muhəmmədəvi Kərbəlanın bütün rayonlarında nəzarətin əllərindən olduğuna əmin edib: «Ordunun HHQ də xüsusən sərhədyanı ərazilərdə zəvvarların təhlükəsizliyini təmin etmək üçün hüquqmühafizəçilərlə əməkdaşlıq edəcək».