Azərbaycan Respublikasının tanınmış din xadimi Hacı İlqar İbrahimoğlu İslam Əməkdaşlıq Təşkilatının sammitində onun ölkəsinin haqlı mövqeyinin dəstəklənməsi və həmin təşkilatın işğal olunmuş Qarabağ ərazilərinin azad edilməsi vacibliyini vurğulamasını təqdirəlayiq və müsbət addım adlandırıb.
Azərbaycan Respublikası Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin sədri həmçinin bəzi ölkələrin İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən son sammitində təfriqəsalma hərəkətlərindən təəssüflənərək, deyib: Gözlənilirdi ki, bu iclas İslam dünyası məsələləri ilə bağlı bitərəf mövqe tutacaq və səudların Yəməndəki cinayətlərini, onların təkfirçi-terrorçu İŞİD qrupunu himayəsini və mücahid din alimi Ayətullah Şeyx Nimrin edamını diqqət mərkəzinə alacaq ki, təəssüflə nəinki bu bəhslər diqqət mərkəzində durmadı, əksinə bu iclasda səudların sabotajı və anti-İran hərəkətlərinin şahidi olduq.
Hacı İlqar İbrahimoğlu İslam ümməti arasında birlik zərurətinə toxunub və belə deyib: Səudiyyə Ərəbistanının həqiqətən də İslam ümmətinin fəxri və abrı olan Livan Hizbullahını terrorçu kimi qələmə vermək səyi təəssüfləndirici haldır.