Deputatın bankında şok korrupsiya faktı

“Debut” Kommersiya Bankı Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Baş Prokurorluqdan daxil olan məlumata görə, araşdırma zamanı Fonddan daxil olmuş materialda qeyd edilən xüsusatlar təsdiq olunmaqla büdcə vəsaiti hesabına müvəkkil kredit təşkilatı kimi “Debut” Kommersiya Bankı ASC-yə 2006-2008-ci illərdə ayrılmış 2 milyon 961 min 500 manat güzəştli kreditin bankın vəzifəli şəxsləri tərəfindən qulluq mövqeyindən sui-istifadə etməklə ayrı-ayrı hüquqi və fiziki şəxslərdən saxta biznes planları, hesabat sənədləri qəbul etməklə külli miqdarda güzəştli dövlət kreditinin mənimsənilməsində şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 195.2 (külli miqdarda ziyan vurmaqla qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
***
«Debut» bank Milli Məclisin Kürdəmirdən seçilən deputatı Fərhad Qəribova məxsus olub. Bu banka onun oğlu rəhbərlik edib. «Debut» bankda baş verənlərlə bağlı mətbuatda kifayət qədər yazılıb. Fərhad Qəribovun oğlunun külli miqdarda borcunun yaranması ilə bağlı da məlumatlar dərc olunub. Hətta Fərhad Qəribovun həm Milli Məclisdə həm də bank sahəsində həmkar olduğu Çingiz Əsədullayevdən 2 milyon pul götürüb geri qaytarmadığı haqda məlumatlar dərc olunmuşdu. Prokukurorluğun yaydığı məlumatda hadisələrin baş verdiyi 2006-2008-ci illərdə «Debut» bank buradakı kifayət qədər pozuntulara Fərhad Qəriboumn əlindən alınıb və «Beynəlxalq» bankın nəzarətinə verilib. Elə açılan cinayət işi və qeyd olunun korrupsiya faktları da məhz onun rəhbərliyi illərində baş verib. Lakin maraqlıdır ki, yayılan məlumatda onun adı açıqlanmır. /Qafqazinfo/