ArxivXəbər lentiXəbərlər

Müsəlman ölkələrinin Azərbaycandakı səfirləri Prezident Əliyevin qəbulunda/foto

İyunun 22-də Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrin Azərbaycandakı səfirlərini qəbul edib.

Azərbaycan Respublikası prezidenti görüşdə bildirib: “Azərbaycanın mövqeyi bundan ibarətdir ki, İslam həmrəyliyi daha da möhkəmlənməlidir və müsəlman ölkələri bir-birinə daha da böyük dərəcədə dəstək verməlidir.”
İlham Əliyev vurğulayıb: “Xüsusilə ölkələrimizi narahat edən məsələlərdə bu dəstəyə daha da böyük ehtiyac var. Biz bu dəstəyi görürük, xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində Azərbaycanın mövqeyi müsəlman ölkələri tərəfindən dəstəklənir. Biz bundan sonra da çalışacağıq ki, müsəlman ölkələri arasındakı həmrəyliyi gücləndirək.“
Görüşdə İraqın Azərbaycandakı səfiri müsəlman ölkələrin səfirləri tərəfindən çıxış edərək deyib: Biz, İƏT səfirləri olaraq Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda sülh yolu ilə həll edilməsini, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını və məcburi köçkünlərin evlərinə qayıtmalarını və bununla bağlı müvafiq beynəlxalq qətnamələrin yerinə yetirilməsini istəyirik.

14349730984403818760_750x500 14349730985029245059_750x500

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button