Islam

ABŞ-ın müxtəlif ölkələrdə hakimiyyəti devirmək düsturu necədir?

131486947817477

Birləşmiş Ştatlar bu günədək hansı qanuni dövlətləri çevriliş yolu ilə aradan götürüb? Xarici ölkələrdəki ABŞ səfirliklərinin bu ölkənin layihələrində rolu nədən ibarətdir?

Amerikanın digər ölkə hakimiyyətlərini devirmək üçün həyata keçirdiyi planlar dünyada əmniyyətsizliyin, ədalətsizliyin yaranmasına səbəb olub. 2004-cü ildə ABŞ-ın Haitidə hərbi çevrilişindən sonra Haiti prezidenti Jan Bertrand Arstaydın (Jean Bertrand Aristide) vəkili Ayra Kuzban (Ira Kuzban) Myamidəki çıxışı zamanı belə bir cümlə işlətmişdi:

“Nə üçün bu günədək ABŞ-da çevriliş baş verməyib? Çünki Vaşinqtonda ABŞ səfirliyi yoxdur.”

Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Yakimenko deyib ki, bu ölkədəki çevriliş icraçıları əslində Amerikanın səfirliyində yaşayırdılar. ABŞ-ın Ukraynadakı çevrilişi 1953-cü ildən bu günədək xarici ölkələrdəki 80-cı uğurlu və ya uğursuz çevrilişidir. 1953-cü ildə Amerika prezidenti Ayzen Haver başa düşdü ki, xalqlarının mənafelərini Qərbin geopolitik və ticari mənafelərinə qurban verməyən dövlətləri CIA aradan götürə bilər.
Əgər bilmək istəyirsinizsə ki, televiziya kanalları və qəzetlərin bu həftə və aylardakı Ukrayna hadisələri ilə bağlı xəbərləri tarix çərçivəsində nə məna danışıyır, kifayətdir ki, Villiam Blumun “Ümidin qətli: Amerika və CIA-nın ikinci dünya müharibəsindən sonra hərbi müdaxilələri” (Killing Hope: U.S. Military and CIA Interventions Since World War II) kitabını oxuyasınız. Bu kitaba “Ümidin qətli” adından daha yaxşı ad tapmaq mümkün deyildi. Hər gün daha aydın şəkildə görürük ki, Ukraynanın müxtəlif məntəqələrindəki əhalinin ümidi 1953-cü ildə İran xalqının ümidinin dəfn olunduğu kimi dəfn olunur. Həmçinin Qvatemala (1954), Tayland (1957), Laos (1958-dən 1960-dək), Konqo (1960), Türkiyə (1960, 1971 və 1980), Ekvador (1961 və 1963), Cənubi Vyetnam (1963), Braziliya (1964), Dominikan Respublikası (1963), Argentina (1963), Honduras (1963 və 2009), İraq (1963 və 2003), Boliviya (1964, 1971 və 1980), İndoneziya (1965), Qana (1966), Yunanıstan (1967), Panama (1968 və 1989), Kamboca (1970), Çili (1973), Banqladeş (1975), Pakistan (1977), Qrenada (1983), Mavritaniya (1984), Qvineya (1984), Burkina Faso (1987), Paraqvay (1989), Haiti (1991 və 2004), Rusiya (1993), Uqanda (1996), Liviya (2011) çevrilişləri. Bu ABŞ-ın məğlubiyyətlə üzləşmiş çevrilişləri deyil. Baxmayaraq ki, onların da sayı təqribən bu qədərdir. Afrika məntəqələrində Amerikanın rolu ilə həyata keçdiyi ehtimal edilən çevrilişlər də yuxarıda qeyd edilməyib.

Yaşadığımız dünyadakı acı həqiqətlərdən biri budur ki, Amerika demokratiyanın kökünü qazmaqla yanaşı zahirdə özünü demokratiya müdafiəçisi kimi qələmə verməyə çalışır. 2005-ci ildə Nobel Ədəbiyyat Mükafatını qazanmış Harold Pinter mükafatı aldıqdan sonrakı çıxışını uyğun mövzunun təhlilinə hərs edib. O deyir: “Amerika beynəlxaq güc hesablamalarında son dərəcə zirəkliklə saxtakarlıq edərək elə göstərir, bütün səyləri dünyanın daha yaxşı olması üçündür. Bu bütün dünyanın mükəmməl, ağıllı və müvəffəq şəkildə hipnoz edilməsidir.

Hərçənd bu siyasət qeyd-şərtsiz şəkildə, vəhşiliklə, təhqir və rəhmsizliklə yanaşıdır, amma eyni zamanda ağıllı şəkildə həyata keçirilib. Demək olar ki, ABŞ-ın 1953-cü ildən bu günədək həyata keçirdiyi hərbi çevrilişlərin qaydalarında dəyişiklik olmayıb. Yeganə dəyişiklik ABŞ-ın öz rolunu bariz şəkildə ifadə etməsində və çevrilişdəki zorakılıqların artıb-azalmasında olub. Əlbəttə, Amerikanın müdaxiləsinin ölçüsü və kobudluqların dərəcəsi arasında mənalı bir rabitə var. Bir tərəfdən İraq müharibəsi bir növ hökumət dəyişikliyi idi ki, bunun nəticəsində yüz minlərlə Amerika hərbçisi İraqa daxil oldu və İraq əhalisindən yüz minlərlə insan qətlə yetirildi. Digər tərəfdən ABŞ-ın 1956-cı ildə İndoneziyada general Sukarto seçvrilişindəki rolu məxfi qaldı, baxmayaraq ki, Sukarto da İraqdakı qədər İndoneziya vətəndaşını qətlə yetirmişdi, amma çevriliş başa çatdıqdan sonra ABŞ rəsmiləri bu çevrilişin qələbəsinə şərik olmaq üçün Sukartonun törətdiyi qətliamdakı rollarını etiraf etdilər. Amerika hər zaman daha az səs-küyə səbəb olan qarşıdurmaları hücum yolu ilə ölkələri işğal etməkdən üstün tutub. CIA və Amerika xüsusi təyinatlıları dövlətlərin aşırılması və hərəkatların susdurulması üçün məxfi əməliyyatlardan və muzdlulardan istifadə edir. Bu dövlətlər və hərəkatlar ABŞ-ın gücə doymayan iştahı qarşısında maneədir.

Çevriliş uyğun əməliyyatların ən zirvə nöqtəsidir və əksər hallarda o zaman baş verir ki, daha az səs-küylü digər üsullar effekt vermir və sonda uyğun ölkə birbaşa Amerikanın hücumu ilə üzləşir. Misal olaraq ABŞ İraqa o vaxt hücum etdi ki, ABŞ-ın 1996-cı il çevrilişi Vaşinqtonun dərdinə dərman olmamışdı. Çevrilişin məğlubiyyətlə üzləşməsindən sonra Səddam Hüseyn Amerikanın bütün planlarından xəbərdar oldu və onların bütün üsullarını öyrəndi. Beləliklə ABŞ üçün birbaşa hərbi müdaxilədən başqa seçim qalmadı. ABŞ-ın əksər hərbi çevrilişləri 1953-cü il çevrilişi modelindədir. 2014-cü ildəki Ukrayna çevrilişi də 1953-cü il çevrilişindən demək olar ki, fərqlənmir. Bu çevriliş modeli 3 mərhələdən ibarətdir:

1. Müxalif qüvvələrin yaradılması və gücləndirilməsi

Bu çevriliş modelinin ilk mərhələsində (istər seçkilər zamanı olsun, istərsə də konstitusiyaya zidd çevriliş zamanı) mühafizəkar partiyalara, tələbə qruplarına və bu ölkənin kütləvi informasiya vasitələrinə maliyyə yardımları edilir. Həmçinin hədəf olan ölkə daxilində, məntəqə və dünya ölkələrində, xüsusi ilə Amerikada böyük reklam kampaniyalarına start verilir. İkinci dünya müharibəsindən sonra İtaliyadakı çevriliş bu sayaq nümunələrdən biridir. Amerika müharibədən sonra Fransadakı və İtaliyadakı Amerika İşçi Federasiyası amillərindən istifadə edərək namizədlərə və siyasi partiyalara büdcə göndərdi. Amma 1946-cı il seçkilərində sosialistlər və kommunistlər xalqın əksəriyyətinin səsini qazana bildi və daha sonra bu iki qrup birləşdi. ABŞ katolik kilsəsi ilə həmkarlığa başladı, məşhur aktyor və xanəndə Frenk Sinatra kimi amerikalı, italiyalı məşhurlardan istifadə edərək böyük təbliğat kampaniyaları başlatdı və hətta italiyalı, amerikalı fərdlər vasitəsi ilə İtaliyadakı ailələrinə gödərilməsi üçün 10 milyon məktub hazırlandı. Daha sonra isə ABŞ müharibə dönəmində olan bu ölkəni maliyyə yardımlarının kəsiləcəyi ilə hədələndi.
Beləliklə, ABŞ-ın böyük səylərindən sonra İtaliya dövləti 1948-ci ildən sonra yavaş-yavaş ABŞ-ın dəstəklədiyi birliklərin əlinə keçdi. Bu durum 46 il davam etdi. Artıq İtaliyanın işçilərin hüquqları və bir neçə milliyyətli Amerikalı rəqibləri qarşısında kiçik və orta sahibkarlığın qorunması ilə bağlı demokratik proqramlar zəminində yeri yox idi.

ABŞ 1960-cı ildə Çilidə Salvador Allendenin seçkilərdə qalib gəlməməsi üçün də uyğun siyasətdən istifadə etdi. Bu təlaşlar 1958-ci il seçkilərində nəticəsiz oldu. Bununla da Kennedi dövləti 100 CIA və Xarici İşlər Nazirliyi məmurundan ibarət qrupu Çiliyə göndərdi. Onlar 1964-ci il seçkilərində nəticəni dəyişməyə vəzifəli idilər. “Qırmızı qorxu” düşərgəsinin qadınları qorxutmaq üçün hazırladığı güllə baran edilmiş insanların, sovet tanklarının təsvirləri, CIA tərəfindən hazırlanmış radio proqramları, yalan xəbərlər və digər oxşar addımlar bu zəmində həyata keçirilmiş proqramlardandır. Nəhayət Edvard Frey qadınların əksəriyyətinin səsini qazandı və 1964-cü il seçkilərində Allendeyə qalib gəldi. Amma qeyd edək ki, ABŞ-ın bütün kampaniyalarına, o cümlədən Çilidə qeyri-sabitlik yaratmasına, bu ölkəyə qarşı sanksiyalar tətbiq etməsinə baxmayaraq Allende 1970-ci ildə seçkilərdə qələbə qazanmağı bacardı. Allendenin həyat kitabı ABŞ və CIA-nın dəstəklədiyi general Pinoçetin ordusu tərəfindən bağlandı.

Vaşinqton Ukraynada da bu ölkənin 1991-ci ildə əlde etdiyi müstəqillikdən sonra Qərb tərəfdarı olan partiyaların hakimiyyətə gəlməsi üçün əlindən gələni etdi. Bu səylərin ən böyüyü 2004-cü ildəki “Narıncı inqilab” idi. Amma Viktor Yuşenko və Yulia Timoşenko dövlətləri də Qərbin dəstəyi ilə Qərbin dəstəklədiyi digər dövlətlərin aqibətinə düçar oldu və 2010-cu ildə sabiq baş nazir Viktor Yanukoviç prezident seçildi. ABŞ bir daha ənənəvi taktikasından istifadə etdi və 2014-cü il çevrilişi baş verdi. Demokratiyaya Milli Yardım Fondu dövlətə müxalif olan namizədlərin, partiyaların, siyasi hərəkatların dəstəklənməsində CIA-nın rolunu oynadı və ABŞ-ın digər dövlətlərdə istifadə edilməsi üçün ayırdığı 100 milyon dolları aldı. Bu qurumun fəaliyyətləri səbəb oldu ki, ABŞ Ukrayna layihəsində növbəti mərhələyə qədəm qoya bilsin.

2-Zorakılıqlarla yadda qalan küçə etirazları

2013-cü ilin noyabr ayında Avropa Birliyi Ukrayna ilə 1500 səhifəlik azad ticarət razılaşmasını prezidentə təqdim etdi. Razılaşmaya əsasən, Qərb ölkələri Ukraynada azad şəkildə yatırım edə və bu ölkəyə öz mallarını idxal edə bilərdi. Amma Ukraynanın əsas məhsullarını uyğun şəkildə AB-yə ixrac etmək haqqı yox idi. Qərb şirkətləri Ukraynadan Asiyanın ucuz məhsullarının Rusiyaya daxil edilməsi üçün bir yol kimi istifadə edə bilərdi. Bu isə sonda Rusiyanı Ukrayna ilə sərhədi bağlamağa məcbur edəcəkdi. Nəticədə isə Ukraynanın şərqində sənaye iqtisadiyyatı olduqca zəifləyəcəkdi. Yanukoviç də elə bu səbəbdən uyğun razılaşmanı imzalamaqdan boyun qaçırdı və bu addım Qərb tərfdarlarının küçələrə axışmasına bir bəhanə oldu.

CIA 1953-cü ildə Tehranda da zorakılıqla yanaşı aksiyalar keçirmək məqsədi ilə qansterlər toplamaq üçün 1 milyon dollar pul ayırdı. İş bir yerə çatdı ki, dövlət rəfdarları ilə müxalif qüvvələr arasında qarşıdurmalar yaşandı və ən azı 300 nəfər həlak oldu. CIA əlavə olaraq bəzi parlament üzvləri və İranda təsirli rola malik digər fərdlərə milyonlarla dollar rüşvət vermişdi. Məhəmməd Müsəddiq istefa vermək məcburiyyətində qaldı və şah Qərbin İran neftinə nəzarətini yenidən bərpa etdi. Bu vəziyyət 26 il, yəni İran İslam İnqilabının İran neft sənayesini milliləşdirməsinə qədər davam etdi.

Ukraynada 2014-cü il yanvar etirazlarında da zorakılıqlar başladı. Neo-Nazi “Svoboda” partiyası və “Pravıy Sektor” qüvvələri küçələrə axışmış xalqın idarəsini ələ aldılar. “Pravıy Sektor” ifratçı sağçılar və qanqsterlərdən ibarətdir. Onların əldə etdikləri büdcənin bir hissəsi Amerika və Avropaya sığınmış ukraynalılar tərəfindən təmin edilir. Ehtimal verilir ki, bu qrup CIA tərəfindən təsis edilib. Rusiya 7 fevral tarixində ABŞ xarici işlər nazirinin köməkçisi Viktoria Nulandla ABŞ-ın Ukraynadakı səfiri Cefri Payet arasındakı telfon danışığını ortaya çıxardı. Bu söhbətdə bildirilirdi ki, ABŞ Ukraynadakı çevrilişdən qənimət kimi istifadə etməyə hazır olmalıdır.

“Pravıy Sektor” 17 fevralda elan etdi ki, sabah İstiqlal meydanından Parlament binasınadək nümayiş keçiriləcək. Bu isə bir neçə gün zorakılıqların meydana gəlməsinə səbəb oldu. “Pravıy Sektor” nəhayət bir silah anbarına hücum etdi və silahları ələ keçirdi. Snayperlərin Kiyev küçələrində xalqı və polisi hədəfə alması ardınca Ukrayna Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Aleksandr Yakimenko dedi ki, Filarmoniya binasından xalqa atəş açan snayperlər gündə 2 min dollar pul alaraq suriyalı əsgərləri hədəfə alan sabiq Yuqoslaviya snayperləri kimi ABŞ muzduru olan əcnəbilərdir. Beləliklə zorakılıqların artması ilə dövlət və müxalif partiyalar təcili iclaslar keçirdilər və iki razılaşma imzalandı. Amma “Pravıy Sektor” bunlardan heç birini qəbul etmədi və “xalq inqilabı”nın davamını istədi. Sonda Yanukoviç istefa verdi və dövlət tamamilə süqut etdi.

3-Çevriliş

Müxalif qrupların yaradılması, gücləndirilməsi və zorakılığın daha da genişləndirilməsi fövqəladə vəziyyətin yaradılması və qanuni dövlətin kənarlaşdırılmasına bəhanə əldə etmək üçün hazırlanmış bir strategiyadır. Çevriliş rəhbərləri CIA tərəfindən təlimatlandırılır, ABŞ rəsmiləri öz proqramlarını həyata keçirir, küçələrdəki zorakılıqlar ümumi asayişi aradan götürür və dövlət orqanlarının fəaliyyəti dayanır. Nəticədə yeganə görülməmiş iş bu olur ki, münasib bir zamanda son zərbə endirilsin ki, dövlət süqut etsin. Bununla da çevriliş rəhbərləri qanuni dövlət rəsmilərinin yerinə oturur.
İranda yüzlərlə insan küçələrdə qətlə yetirildikdən sonra Müsəddiq daha çox qan axıdılmasının qarşısını almaq üçün istefa verməyə məcbur oldu. Çilidə general Pinoçet prezident sarayına hava hücumu təşkil etdi. 2004-cü ildə Amerika qüvvələri Haiti ərazisinə soxuldular və prezident Aristaydı kənarlaşdıraraq bu ölkəni işğal etdilər. Ukraynada bir qrup parlament üzvü Yanukoviçi kənarlaşdırdılar və Aleksandr Turçinovu onun yerinə təyin etdilər. Yanukoviç Rusiyaya qaçdı və Arseni Yetsenyuk Ukraynanın baş naziri təyin edildi. Eyni ilə Nuland və Payetin planlaşdırdığı kimi. Ukraynadakı çevrilişlə ABŞ-ın həyata keçirdiyi digər çevrilişlər arasında əsas fərq ordunun bu çevrilişdə daha az rol oynamasındadır.
1953-cü ildən bu günədək ABŞ-ın rolu olan çevrilişlərin əksərində son zərbəni endirmək, qanuni prezidenti kənarlaşdırmaq üçün həmin ölkənin ordu rəhbərlərindən istifadə edilib. ABŞ ordusu digər ölkələrin orduları ilə həmkarlıq edir ki, gələcək çevrilişlərin rəhbərlərini təyin etsin və onları gücləndirsin. Bu arada Obama dövlətinin dünyanın 134 ölkəsində Xüsusi Əməliyyat Qüvvələrini genişləndirməsi göstərir ki, bu gedişat hələ də davam edir və hətta genişlənir. Bununla belə tərəfsiz və ya hətta Rusiya tərəfdarı olan Ukraynadakı ordu səbəb oldu ki, ABŞ Rusiya əleyhinə olan bu çevrilişə başlamaq üçün bu vasitəsinin üzərində hesab aça bilmədi.
Əgər tarixə nəzər salsaq ABŞ çevrilişlərinin yarısı nəticəsiz olub. Amma çox az halda amerikalılar çevrilişin məğlubiyytə düçar olması anında ələ keçiblər və ya həlak olublar. Hər zaman çevriliş baş verən ölkənin əhalisi zorakılıq, böhran, yoxsulluq və qeyri-sabitliklə üz-üzə qalır. ABŞ-ın çevriliş maşını Venezuelada da daim fəaliyyətdə olub. Baxmayaraq ki, 2002-ci ildə bu ölkədə məğlub olub. Kuba və Venezuelada ikitərəfli CIA casusu olan Raul Kapute ABŞ-ın uzunmüddətli layihəsindən xəbər verib. Bu layihədə Venezuelada sağçı müxalif tələbə hərəkatlarının yaradılması nəzərdə tutulur. Bu layihənin ilk nəticələrini son zamanlar zorakılıqla yanaşı olan küçə etirazlarında müşahidə edirik.
ABŞ çevrilişlərinin xüsusiyyətlərindən biri də Qərb mediasının çevrilişi ört-bastır etmək üçün ABŞ-ın hazırladığı saxta hekayələri yayması və həqiqi jurnalistlərin susdurulmasıdır. Bu rol son zamanlarda dəyişilib və ABŞ çevrilişlərinin mahiyyəti baxımından əməliyyatlar məxfi qalmalıdır və bununla da ABŞ KİV-i bu çevrilişlərlə bağlı xəbərlər yaymaqla ABŞ “Milli Təhlükəsizliyi”nin sirlərini ifşa etmək icazəsinə sahib deyillər. O cümlədən çevrilişdə rolu olan CIA məmurlarının adı açıqlanmamalıdır. Beləliklə media vasitələri ABŞ-ın hazırladığı ssenariləri yaymaqla əsil həqiqətdə ABŞ dövləti ilə həmkarlıq edirlər. Nəinki dövlətlə həmkar olurlar, hətta dövlətin çirkin əməllərini dəyərli bir iş kimi qələmə verirlər.
Bu media vasitələrinin siyasi və iqtisadi işğalçı bir quruluş xeyrinə atdığı addımlardan xəbərdar olduqdan sonra anlayırıq ki, onların əsas mahiyyəti ABŞ dövlətinin xeyrinə olan əfsanələr uydurmaqdır. Əgər Ukrayna nümunəsinə nəzər salsaq görərik ki, bu zəminədə çox yaxşı şəkildə çalışılıb. Necə ki, İraqdakı kütləvi qırğın silahları mövzusunda müxtəlif yalanlar uydurmuşdular. Onlar Ukrayna çevrilişində də ABŞ-ın hər hansı rolunu dilə gətirmədən birbaşa Putini Krımın işlərinə qarışmaqda ittiham etdilər. Beləliklə, əgər Amerikada yaşayırsınızsa və bilmək istəyirsinizsə ki, həqiqətən ABŞ-ın çevriliş maşını haradadır və hansı işlərlə məşğuldur, yaxşı olar ki, televizorunuzu söndürəsiniz!

yazidan istifadə zamanı qafqaz.ir-in saytına istinad vacibdir …!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button